Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Mobil Aşurov: “Su həyat mənbəyidir – həyatın özü deməkdir”
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “ Peşəkarlıqla və fədakarlıqla yoğrulan yol”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: "SAĞLAMLIĞIN KEŞİYİNDƏ DURAN AĞ XALATLI MƏLƏK".
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
İş adamı Səfər Əlirzayev Zəngəzur dəhlizinin açılmasına görə Prezident İlham Əliyevə təşəkkür etdi
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “ Peşəkarlıqla və fədakarlıqla yoğrulan yol”
Cəmiyyətin sağlamlığını qorumaq və inkişafını təmin etmək həkimlərin üzərinə düşən ən müqəddəs vəzifələrdən biridir. Həkimlik sadəcə bir peşə deyil, həm də böyük mənəvi məsuliyyət, insan həyatına xidmət edən nəcib bir missiyadır. Bu missiyanı şərəflə yerinə yetirən, öz bilik və bacarığını daim təkmilləşdirərək insanlara fayda verən, eyni zamanda dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən şəxslərdən biri də Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru, tanınmış həkim İmran Qurbanovdur.
İmran Qurbanov uzun illərdir səhiyyə sahəsində fəaliyyət göstərərək peşəkarlığı ilə həmkarlarının, qayğıkeşliyi ilə isə minlərlə xəstənin etimadını qazanıb. Onun həkimlik fəaliyyətinə əsas prinsipi sadədir: hər bir insanın sağlamlığı dövlətin ən böyük sərvətidir.
Direktor vəzifəsində çalışdığı müddətdə İmran Qurbanov xəstəxananın idarə olunmasında müasir idarəçilik prinsiplərinə üstünlük verir. Xəstəxananın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqların gətirilməsi, həkimlərin peşəkarlığının artırılması və şəffaf idarəetmənin təmin olunması onun rəhbərliyi dövründə xüsusi önəm daşıyır.
Qusar qədim tarixi, zəngin mədəniyyəti ilə tanınsa da, regionun sosial-iqtisadi inkişafında səhiyyənin rolu böyükdür. Bu gün Qusar Rayon Mərkəzi Xəstəxanası bölgənin ən nüfuzlu tibb ocaqlarından biri kimi tanınır. Xəstəxana yalnız Qusar sakinlərinə deyil, həm də qonşu rayonlardan gələn insanlara yüksək səviyyəli tibbi xidmət göstərir.
İmran Qurbanovun rəhbərliyi altında xəstəxanada bir sıra yeniliklər həyata keçirilib. Xidmətin keyfiyyətinin artırılması, müasir laboratoriyaların və diaqnostika avadanlıqlarının istifadəyə verilməsi, təcili yardım xidmətinin gücləndirilməsi bu dəyişikliklər sırasında xüsusi yer tutur. Bütün bunların nəticəsində Qusar sakinləri artıq bir çox hallarda paytaxta üz tutmadan, yaşadıqları rayonda keyfiyyətli tibbi xidmət almaq imkanı əldə ediblər.
Peşəkar rəhbər olmaq təkcə idarəetməni deyil, həm də komanda formalaşdırmağı tələb edir. İmran Qurbanov çalışdığı kollektivdə həmrəyliyi, qarşılıqlı hörməti və peşəkarlığı əsas götürür. Onun rəhbərliyi ilə gənc həkimlərin yetişdirilməsi, onların biliklərinin artırılması üçün seminarlar, treninqlər təşkil olunur.
O, hər zaman bildirir ki, tibb sahəsində öyrənmənin sonu yoxdur. Müasir tibbi texnologiyalarla ayaqlaşmaq, yeni metodları tətbiq etmək hər bir həkimin borcudur. Bu prinsip Qusar Rayon Mərkəzi Xəstəxanasında çalışan hər bir tibb işçisinin fəaliyyətində öz əksini tapır.
İmran Qurbanov yalnız peşəkar həkim kimi deyil, həm də vətənpərvər bir şəxsiyyət kimi tanınır. Onun fəaliyyətində insan sevgisi, dövlətə və dövlətçiliyə sədaqət xüsusi yer tutur. Vətən müharibəsi dövründə Qusar Rayon Mərkəzi Xəstəxanası şəhid ailələrinin, qazilərin yanında olub, onların tibbi müalicəsi və reabilitasiyası üçün xüsusi diqqət göstərilib.
Direktor özü də hər zaman bu qəbildən olan vətəndaşların problemlərinin həllinə şəxsi təşəbbüslə yanaşır. Onun fikrincə, şəhid ailələrinə və qazilərə qayğı göstərmək yalnız dövlətin deyil, həm də hər bir vicdanlı vətəndaşın borcudur.
İmran Qurbanovun rəhbərliyi altında xəstəxanada müxtəlif sosial layihələr də həyata keçirilir. Aztəminatlı ailələr üçün pulsuz müayinə günlərinin keçirilməsi, maarifləndirici tədbirlərin təşkili, məktəblilərlə sağlam həyat tərzi mövzusunda görüşlər bu fəaliyyətin nümunələridir.
Onun humanist addımları həkim peşəsinin sadəcə tibbi yardımla məhdudlaşmadığını, həm də cəmiyyətə fayda verən geniş miqyaslı bir fəaliyyət olduğunu sübut edir.
Hər bir rəhbərin fəaliyyətinə verilən ən obyektiv qiymət xalqın münasibətidir. Qusar sakinləri də yaxşı bilirlər ki, İmran Qurbanov təkcə xəstəxananın direktoru deyil, həm də onların qayğısına qalan bir insan, hər bir xəstənin dərdini öz dərdi bilən bir həkimdir. Onun kabineti daim açıqdır, müraciət edən hər kəsin sözü dinlənir, problemi həll olunur.
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov həm peşəkarlığı, həm də insani keyfiyyətləri ilə seçilən şəxsiyyətdir. O, tibb işçisinə yaraşan vicdanı, dövlətə və xalqa olan sədaqəti, insanlara göstərdiyi diqqət və qayğısı ilə həmkarlarının və vətəndaşların rəğbətini qazanıb.
İmran Qurbanovun həyat yolu bir daha sübut edir ki, peşəkar həkim olmaqla yanaşı, insanlıq borcunu yerinə yetirmək, vətənə sədaqətlə xidmət etmək mümkündür. Bu xüsusiyyətlər onu həm cəmiyyətdə, həm də tibbi sahədə örnək bir şəxsiyyətə çevirir.
O, doğrudan da, xalqın dilində deyildiyi kimi: “Peşəkar həkim, vətənpərvər insan”dır.
.
Fərid Faiqoğlu
AJB-nin üzvü
PS: Araşdırmalarımız zamanı məlum olmuşdur ki, İmran Qurbanov Qarabağ döyüşləri zamanı iştirak etmiş və çoxlu sayda yaralı əsgər və zabitlərə ilkin tibbi yardım göstərməklə bərabər onların həyatda qalması üçün əlindən gələnini əsirgəməmişdir. Redaksiyamızın kollektivi adından İmran Qurbanova dərin təşəkkürümüzü bildirir, işlərində daima uğur qazanmasını arzu edirik.