Xəbər Lenti
Dünən, 13:46
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Dünən, 12:32
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
4-10-2026, 12:25
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
4-10-2026, 11:16
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
3-10-2026, 20:23
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
3-10-2026, 14:10
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
3-10-2026, 12:04
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
2-10-2026, 17:31
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
DYP-dən maska ilə bağlı sürücülərə müraciət
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzal Kompleksində sürücülərlə görüş keçirib.
DYP-dən verilən məlumata görə, Kompleks rəhbərliyi ilə birgə təşkil olunmuş tədbirdə DİN BDYPİ-yə bilavasitə tabe olan YPX Alayının qərargah rəisi Rüfət Quliyev, Baş idarənin əməkdaşları Səbri Hüseynov və Toğrul Nəsirli iştirak ediblər.
Görüş zamanı sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan sürücülərə hüquq və vəzifələri haqda bir daha məlumat verilib, bununla yanaşı yola çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, eləcə də yolboyu istirahətin təmin olunması kimi vacib məsələlərin nəzarətdə saxlanılması istiqamətində təbliğat-təşviqat işi aparılıb, suallar cavablandırılıb.
Avtobuslarda müvafiq marşrutlar üzrə səfərə çıxmağa hazırlaşan sərnişinlərlə də söhbət aparılıb, açıq havadan fərqli olaraq bağlı məkanlarda, həmçinin ictimai nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə tələbinin qüvvədə olması və bu göstərişə əməl edilməsinin vacibliyi onların diqqətinə çatdırılıb.
Görüşdə qaldırılan məsələlər üzrə nəzarətin gücləndirildiyini vurğulayan avtovağzal rəhbərliyi, eləcə də tədbirə qatılan sürücü və sərnişinlər yol polisi ilə birgə əməkdaşlığın hər zaman faydalı olduğunu ifadə ediblər.























































