Menu
Xəbər Lenti
Neft bahalaşır
Dün, 09:46

Neft bahalaşır

Əli Əsədov iclas keçirdi
7-05-2021, 16:48

Əli Əsədov iclas keçirdi

Ölənlərin sayı azaldı
7-05-2021, 16:03

Ölənlərin sayı azaldı

Sabah hava buludlu olacaq
7-05-2021, 12:59

Sabah hava buludlu olacaq

10 apr 10:20Gündəm / Siyasət

Jirinovski Türkiyə ilə aviaəlaqələrin təcili dayandırılmasını istəyir

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Türkiyə ilə aviaəlaqələrin dayandırılmasını təklif edib.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı öz teleqram kanalında paylaşım edən Jirinovskinin sözlərinə görə, “COVID-19”a yoluxma sayı yüksək olan ölkələrlə hava əlaqəsi kəsilməlidir:
“Təcili olaraq Türkiyə ilə ucuşları bağlamalıyıq. Ən azı oradakı yoluxma sayında azalma olana qədər…
Hökumət bu cür tədbirlər görərsə, bunu may ayında Dövlət Dumasına hesabat verərkən Nazirlər Kabinetinin yaxşı iş görməsi barədə bir nümunə kimi gətirəcəyik. Əgər bu edilməsə, turistlər Türkiyədən qayıtdıqdan sonra bizə infeksiya gətirəcəklər ki, bu da Rusiyada yeni bir xəstəliyə səbəb olacaq. Bu, hökumət üçün böyük bir məğlubiyyət olacaq. Hərəkətə keçin, xəstəliyin artdığı ölkələrlə hava əlaqələrini dayandırın”.