Menu
Xəbər Lenti
O gündən bir il keçir...
28-02-2021, 10:47

O gündən bir il keçir...

Prezident sərəncam imzaladı
28-02-2021, 10:24

Prezident sərəncam imzaladı

20 fev 09:58Gündəm / İdman

“Böyük dəbilqə”də daha beş şans

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayacaq.
Xezertv.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, turnirin sonuncu günündə 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finalda Orelyen Disslə (Fransa) üz-üzə gələcək.
100 kq-dakı Zelim Kotsoyev 1/16 finalda Boris Georgiyevlə (Bolqarıstan), eyni çəkidəki Elmar Qasımov isə İoakim Dvarbi (İsveç) ilə qarşılaşacaq.
+100 kq çəkidəki Uşangi Kokauri Ben Spiykersin (Niderland), Camal Feyziyev Serafim Kompanyesin (İsrail) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Cüdoçularımız beynəlxalq turnirin ikinci gününü medalsız başa vurublar.