Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Taleh Qaraşov Xanbulan, Sərinbulaq, Bürcəli, Daştatük, Aşağı Apu və Rəzvan kəndlərinin sakinlərinin qayğı və problemlərini dinləyib
Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti və AYPA International Academy and Events Group-un birgə təşkilatçılığı ilə Beynəlxalq Gözəllik və Estetika Konqresi keçirilib
Beynəlxalq Gözəllik və Estetika Konqresinin açılış mərasimində Azərbaycan Tibb Universitetinin Üz çənə cərrahiyyəsi kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının professoru Çingiz Rəhimov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, müasir dövrdə gözəllik və estetika sahəsində əldə olunan elmi nailiyyətlərin tibbi təcrübəyə inteqrasiyası, pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsi və müalicə nəticələrinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Professor Çingiz Rəhimov qeyd edib ki, belə beynəlxalq elmi platformalar müxtəlif ölkələrdən olan mütəxəssislərin bir araya gələrək bilik və təcrübə mübadiləsi aparmasına, innovativ metodların müzakirəsinə və yeni əməkdaşlıqların formalaşmasına geniş imkan yaradır. O, konqresin təşkilatçılarına təşəkkürünü bildirərək tədbirin iştirakçılar üçün faydalı və məhsuldar olacağına əminliyini ifadə edib, bütün qonaqlara uğurlar arzulayıb.
Konqresdə ATU-nun Tədris Cərrahiyyə Klinikasını təmsil edən mütəxəssislər də fəal iştirak edərək müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər. Tədbirdə professor Vaqif Qələndərov, professor Çingiz Rəhimov, professor İlham Əhmədov, dosent Nigar Sultanova, dosent İsmayıl Fərzəliyev, Ph.D. Dr. Dilqəm Məhərrəmov və professor İlham Əhmədov məruzə ilə çıxış ediblər.
Gözəllik, estetika və tibbi yanaşmaların müxtəlif istiqamətlərinin müzakirə olunduğu konqresdə sahə üzrə ixtisaslaşmış akademiklər, həkimlər, sektor mütəxəssisləri və aparıcı brend nümayəndələri bir araya gəlib. Tədbirin əsas məqsədi müasir yanaşma və qabaqcıl metodların müzakirəsi, peşəkar bilik və təcrübə mübadiləsinin aparılması, eləcə də gözəllik və estetika sektorunda əməkdaşlıqların inkişaf etdirilməsi olub.
Konqres çərçivəsində, həmçinin sektorun inkişaf perspektivləri, yeni texnika və metodlar, peşəkar əməkdaşlıq imkanları və beynəlxalq təcrübənin tətbiqi məsələləri müzakirə olunub. Tədbirdə iştirak edən həkimlərin ixtisaslarına uyğun DTT kreditləri ilə təmin olunması da nəzərdə tutulub.
#atutck #tədriscərrahiyyəklinika






























































