Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Bugün, 11:49

Neftimiz bahalaşdı

DYP-dən xəbərdarlıq
Bugün, 11:43

DYP-dən xəbərdarlıq

Avropaya köçür
Bugün, 11:18

Avropaya köçür

"Korrupsiya haqqında"
Dünən, 10:33

"Korrupsiya haqqında"

Cənubunsəsi təqdim edir
6-05-2026, 14:24

Cənubunsəsi təqdim edir

09 May 2026 14:36Manşet / Gündəm / Səhiyyə

Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib

 

Tibb üzrə fəlsəfə doktoru, estetik cərrah Dilqəm Məhərrəmov “Az İnvaziv Cərrahlar Cəmiyyəti” və “Almaz Akademi”nin birgə təşkilatçılığı ilə keçirilən XIII Beynəlxalq Avrasiya Tibb Konqresində iştirak edib. Beynəlxalq səviyyəli tədbirdə müxtəlif ölkələrdən tanınmış cərrahlar, alimlər və tibb mütəxəssisləri bir araya gəliblər.


Konqres çərçivəsində Dilqəm Məhərrəmov “Piylənmə əleyhinə mübarizədə plastik cərrahiyyə mərhələsi” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə piylənmədən sonra yaranan estetik və funksional problemlərin aradan qaldırılmasında plastik cərrahiyyənin rolu, müasir yanaşmalar və pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tətbiq olunan metodlar barədə geniş məlumat verilib. Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, XIII Beynəlxalq Avrasiya Tibb Konqresində 30-dan çox xarici ölkədən mütəxəssislər iştirak ediblər. Konqres müxtəlif cərrahiyyə sahələrini əhatə edən elmi proqramı ilə diqqət çəkib. Tədbir çərçivəsində 20-dən çox canlı cərrahiyyə əməliyyatının nümayiş olunması iştirakçılar tərəfindən xüsusi maraqla izlənilib. Müasir tibbi texnologiyaların və innovativ cərrahi üsulların təqdim olunduğu konqres beynəlxalq təcrübə mübadiləsi baxımından mühüm platforma olub.


Sonda Tibb üzrə fəlsəfə doktoru, estetik cərrah Dilqəm Məhərrəmov konqresin təşkilatçılarına təşəkkürünü bildirib, tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, dəvətə görə minnətdarlığını ifadə edərək, belə beynəlxalq elmi platformaların tibb sahəsində yeniliklərin paylaşılması və peşəkar əməkdaşlığın genişlənməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.


 

Fərid Faiqoğlu