Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

09 May 2026 17:50Manşet / Gündəm / Sosial

Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Yozqat Bozok Universitetinin rektoru, professor Evren Yaşar ilə görüş keçirilib.
    Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün atılan addımlar, bu istiqamətdə görülən ardıcıl tədbirlər və əldə olunan nailiyyətlərdən, həmçinin iki dövlətin təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi üçün perspektivlərdən söz açıb.
    Yozqat Bozok Universitetinin rektoru, professor Evren Yaşar da Azərbaycan və Türkiyə universitetləri arasında sıx əməkdaşlığa toxunaraq, bu sahədə münasibətlərin daha da dərinləşdirilməsinə göstərilən qarşılıqlı maraqdan danışıb.
   Görüş zamanı iki ali təhsil müəssisəsi arasında elmi-tədqiqat, təhsil və innovasiya sahələrində əməkdaşlıq imkanları geniş müzakirə olunub. Tərəflər akademik heyət və tələbələrin mübadiləsi, birgə elmi layihələrin reallaşdırılması, konfrans və simpoziumların təşkili, həmçinin tibb sahəsində qabaqcıl təcrübə və biliklərin paylaşılması istiqamətlərində əməkdaşlığın perspektivlərini dəyərləndiriblər.
    Daha sonra Yozqat Bozok Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Hər iki ali təhsil müəssisəsi üçün yeni inkişaf imkanları hədəfləyən memorandum birgə elmi tədqiqatların aparılması, müasir tədris metodlarının tətbiqi və innovativ tibbi texnologiyaların öyrənilməsi sahəsində əməkdaşlığı ehtiva edir.
   Sənəddə müəllim və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi, ortaq təhsil proqramlarının hazırlanması və ixtisasartırma imkanlarının artırılması kimi müxtəlif istiqamətlər yer alıb.  
    Memorandum tərəflər arasında bilik və təcrübə mübadiləsinin sürətləndirilməsi, tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi, elmi nəticələrin praktik səhiyyə sahəsinə tətbiqinə və regionda peşəkar mütəxəssislərin hazırlanması işinə əhəmiyyətli töhfə verəcək.
Amu.edu.az