Menu
Xəbər Lenti
İranda zəlzələ baş verib
18-03-2023, 12:26

İranda zəlzələ baş verib

Azərbaycan nefti bahalaşıb
17-03-2023, 10:20

Azərbaycan nefti bahalaşıb

İMANOV ƏSƏD XALİD OĞLU
15-03-2023, 14:51

İMANOV ƏSƏD XALİD OĞLU

06 fev 10:23Gündəm

Gəncədə azyaşlılara qarşı zor tətbiq edən şəxs SAXLANILDI - YENİLƏNİB

“Gəncə şəhərində azyaşlılara qarşı zor tətbiq edən şəxs artıq saxlanılıb”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb:
“Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib. E.Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir”.

10:00
“Gəncə şəhərində azyaşlılara qarşı zor tətbiq edən şəxslə bağlı araşdırma aparılır”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
“Sözügedən videogörüntülərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Araşdırmanın nəticəsi barədə tezliklə məlumat veriləcək”, - deyə o qeyd edib.
Qeyd edək ki, sosial şəbəkələrdə Gəncədə azyaşlılara qarşı zor tətbiq edən şəxsin görüntüləri yayılıb.