VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
Abşeron rayon İH-də qanunsuz tikinti mafiyası günü-gündən çiçəklənməkdədir.
Bildirib ki, Abşeron icra hakimiyyəti son 6 ayda çeşitli qanunsuz tikintilərə himayədarlıq edərək bütün dövlət qrumlarının adına da qərar verməkdədirir.
Görünür keçən il koorrupsiya əməlinə görə saxlanılanılıb hansısa "gizli əl"in hesabına azadlığa çıxanlar bunlara dərs olmayıb
Onuda qeyd edək ki, rayonda aparılan tikintilər və artırmalar Zahid müəllimin özəl sistemi ilə öz koorrupsiya əməllərini həyata keçirilir.
Demək olar ki, rayonda kənd təssərüfatına aid torpaq əraziləri, dövlət font torpaqları və su və qaz kəmərləri keçən yerləri obyekt və fərdi ev tikintisi aparılmasına görə böyük pul məbləğı qarşılığında bir çox şəxslərə şifahi icazələr verilməkdədir. Yəni, rayonun hər qəsəbə və şəhərinə görə qiymətlər var.
Məsələn: - Ceyranbatanda tikilən fərdi evə, bir mərtəbə üçün 4-5 iki mərtəbə üçün isə -8-10 min. Obyekt tikintisi üçün isə qiymətlər 50 min manatdan başlayır. Masazırda fərdi evlər 10 min, ən kiçik obyektlər isə 30 mindən başlayır, bina zirzəmiləri isə 100 min manatdan aşğı deyil. Xırdalana gəldikdə isə ərazinin çox hissəsi bataqlıq olduğundan fərdi tikililərin qiyməti 10-15 min arasıdır. Orada aparılıan tikintilər ən çox hündürmərtəbəli binalar təşkil etdiyindən qiymtlər də böyükdür. Düşünün ki 10 və ya 16 mərtəbəli bina tikimək istəyirsənsə bir neçə milyondan keçməli olursan. Həmçinin artırma və ya obyekt tikintisi aparmaq istəyin də sən RİH tərəfindən 50-100 min manat arası "tər"ləyirsən. Mənbənin iddiasında deyilir ki, maraqlı orasıdır ki, icra başçısı bütün bu işlərə qarışmır və qanunsuz aparılan tikintiləri də qanunləşdirmir. Sadəcə olan bitənləri seyr etməklə yetinir. Deyilənlərə inansaq ərazi idarəetmədə aparılan bütün işlərin yetkisini Zahid müəllimə həvalə edilib. Memar da bütün əmrləri onda alır. Demək olar ki, rayonun ikici icra başçısı Zahid müəllim hesab edilir. Onunda qanunsuz tikinti aparan havanələrinə də Zahid müəllim var deyə kimsə bir şey edə bilmir, deyə bilməz də- bildirən mənbə deyir ki, Abşeron RİH-də elə də mühüm vəzifə tutmayan (aparatın indiki qara kasası Zahid müəllim idarəetmə üslumundan narazılıq edənlər hər gün çoxalmaqdadır.
Bir sözlə, Abşeron Rayon icra Hakimiyyəti "qara kassaı" Zahid müəllim Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər dövlət orqanları adından da bəzi qərarlar verdiyi bilnməkdədir. Rayonda böyük makler şəbəkəsini idarə edən Zahid müəllim ilə bağlı iddialar bunula bitmir. Onun arxasında durduğu tikinti havariləri qanunsuz tikinti işlərində çox sayda qanunsuzluqlar və digər özbaşınalıqlarlara da imza atmaqdadırlar. Hörmətli oxucular və dövlət orqanları nümayəndələri bu barədə böyük araşdırma yazımızda tanış ola biləcəksiniz. Bizi İzləyin.
Ardı var
Ekomuhit.org
Sevinc Heydərli























































