“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
QANUNSUZ TİKİNTİLƏRƏ GÖZ YUMULUR: ABŞERONDA KİM KİMİ QORUYUR?
“Xezertv.info”ya daxil olan məlumata əsasən Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsində aparılan tikinti işləri ciddi suallar doğurur. İlkin müşahidələr göstərir ki, sözügedən tikinti qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirilir. Redaksiyamızın əməkdaşları məsələni yerində araşdırmaq üçün əraziyə yaxınlaşsalar da, tikintini aparan məsul şəxslə əlaqə qurmaq mümkün olmayıb. Ərazidə çalışan fəhlələrdən birinin dedikləri isə vəziyyətin nə qədər qaranlıq olduğunu açıq şəkildə ortaya qoyur: guya tikintinin sahibi tapşırıb ki, bu barədə heç kimə məlumat verilməsin.
Bu faktın özü artıq ciddi hüquq pozuntusunun göstəricisidir. Əgər tikinti qanunidirsə, niyə gizlədilir? Niyə tikintiyə dair lövhə yoxdur, icazə sənədləri açıq şəkildə nümayiş etdirilmir? Daha da maraqlısı odur ki, Abşeron Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu tikintidən xəbərdar olub-olmaması sual altındadır. Yoxsa xəbərdardırlar, sadəcə susmağa üstünlük verirlər?
Son illər Abşeron ərazisində qanunsuz tikintilərin artması artıq sistemli problemə çevrilib. Aidiyyəti qurumların vaxtında reaksiya verməməsi, nəzarət mexanizmlərinin formal xarakter daşıması və məsuliyyətin paylaşdırılmaması bu cür halların davamlı olmasına şərait yaradır. Qanun hamı üçün eyni deyilsə, bu, cəmiyyətə verilən ən təhlükəli mesajdır.
Aidiyyəti dövlət qurumlarını məsuliyyətə çağırır, Digah qəsəbəsində aparılan bu tikinti ilə bağlı dərhal araşdırma aparılmasını və ictimaiyyətə aydın, rəsmi açıqlama verilməsini tələb edirik. Susqunluq isə sualları daha da artırır.
Qarşı tərəflərin mövqeyini tanıyırıq.























































