“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Bakının göbəyində qanunsuz tikinti: Bakıxanovda kimlər himayə edir? FOTO/Video
“Xezertv.info”ya daxil olan məlumata əsasən, Bakı şəhəri Bakıxanov qəsəbəsinin yaxınlığında qanunsuz bina inşa edildiyi iddia olunur. Bildirilir ki, sözügedən tikinti heç bir rəsmi icazə sənədi olmadan aparılır və artıq ərazi sakinləri arasında ciddi narahatlıq doğurmaqdadır. Aldığımız məlumatlara görə, binanın inşasını Gülnarə adlı xanım həyata keçirir.
Ən diqqətçəkən məqam isə odur ki, tikinti prosesi açıq şəkildə davam etdiyi halda, aidiyyəti dövlət qurumlarının bu qanunsuzluğa niyə göz yumduğu sual altındadır. Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olan bu cür hallara qarşı indiyədək hər hansı rəsmi müdaxilənin olmaması ictimaiyyətdə haqlı narazılıq yaradır.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də digər nəzarət qurumlarının mövqeyi maraq doğurur. Qanunsuz tikintilərə qarşı prinsipial mövqe haradadır və qanun hamı üçün eynidirmi?
“Xezertv.info” olaraq aidiyyəti qurumlardan rəsmi açıqlama gözləyirik. Qarşı tərəfin mövqeyini dərc etməyə və mövzunu diqqətdə saxlamağa hazırıq.
Araşdırmalarımız davam edir. Bizi izləyin.


























































