Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
“Peşə təhsili ilə istehsalatın uğurlu vəhdəti: Şirvan Dövlət Peşə Liseyinin şagirdləri üçün növbəti istehsalat təcrübəsi uğurla başa çatdı”
Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
Təhsilin inkişafına xidmət edən rəhbər – Ceyhun Cahangirov
Azərbaycanın gələcəyi savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişdirilməsindən keçir. Bu mühüm missiyanın həyata keçirilməsində məktəb rəhbərlərinin rolu xüsusilə böyükdür. Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin direktoru Ceyhun Cahangirov da öz fəaliyyəti ilə təhsilin inkişafına, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına və məktəbin uğurlarının artırılmasına dəyərli töhfələr verən rəhbərlərdən biridir.
Ceyhun Cahangirov rəhbərlik etdiyi təhsil ocağında daim yeniliyə, səmərəli idarəetməyə və sağlam təhsil mühitinin formalaşdırılmasına xüsusi önəm verir. Onun rəhbərliyi altında məktəbdə müəllim-şagird münasibətlərinin möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir təhsil standartlarının tətbiqi istiqamətində mühüm işlər görülür. Direktor kimi əsas məqsədi yalnız yüksək nəticələr əldə etmək deyil, həm də vətənini sevən, dövlətinə bağlı, mənəvi dəyərlərə hörmət edən vətəndaşlar yetişdirməkdir.
Məktəb cəmiyyətin aynası hesab olunur. Burada formalaşan dəyərlər gələcək nəslin xarakterinə və dünyagörüşünə birbaşa təsir edir. Ceyhun Cahangirov bu məsuliyyəti dərindən dərk edən rəhbər kimi məktəbin fəaliyyətində vətənpərvərlik tərbiyəsinə xüsusi yer ayırır. Şagirdlərə Azərbaycanın tarixi, dövlətçilik ənənələri, milli qəhrəmanları və Vətən uğrunda canından keçən şəhidlərimiz haqqında mütəmadi məlumatlar verilir, müxtəlif tədbirlər təşkil olunur.
Xüsusilə qeyd etmək lazımdır ki, Ceyhun Cahangirov şəhid ailələrinə və qazilərə daim xüsusi diqqət və qayğı ilə yanaşır. Onun təşəbbüsü ilə məktəbdə şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbirlər, anım günləri və vətənpərvərlik mövzusunda görüşlər keçirilir. Şəhid ailələrinin nümayəndələri və qazilər məktəbə dəvət olunur, onların keçdiyi şərəfli həyat yolu şagirdlərə nümunə kimi təqdim edilir. Bu cür tədbirlər gənclərdə vətən sevgisinin, dövlətə bağlılığın və qəhrəmanlıq ruhunun formalaşmasına mühüm təsir göstərir.
Ceyhun müəllim hesab edir ki, şəhidlərimizin xatirəsini yaşatmaq hər bir vətəndaşın mənəvi borcudur. Məhz buna görə də məktəbin kollektivində şəhid ailələrinə hörmət və ehtiram ən yüksək səviyyədə qorunur. Qazilərimizin göstərdikləri şücaət məktəblilər arasında təbliğ edilir, onların cəmiyyətimizdəki xüsusi yeri hər zaman diqqət mərkəzində saxlanılır.
Direktorun fəaliyyətində humanizm prinsipləri də mühüm yer tutur. O, məktəbdə təhsil alan hər bir şagirdin problemlərinə həssaslıqla yanaşır, onların sosial vəziyyəti, təhsil uğurları və gələcək inkişafı ilə yaxından maraqlanır. Xüsusilə həssas kateqoriyadan olan ailələrin övladlarına diqqət göstərilməsi, onların təhsil imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl iş aparılır.
Ceyhun Cahangirovun rəhbərlik etdiyi məktəbdə müəllimlərin peşəkar inkişafı da diqqət mərkəzindədir. O, müəllimlərin müxtəlif təlimlərdə, seminar və konfranslarda iştirakını dəstəkləyir, onların bilik və bacarıqlarının artırılması üçün əlverişli şərait yaradır. Bu isə öz növbəsində tədrisin keyfiyyətinin yüksəlməsinə və şagird nailiyyətlərinin artmasına müsbət təsir göstərir.
Məktəbin əldə etdiyi uğurların arxasında güclü idarəçilik bacarığı, kollektivlə düzgün münasibət və qarşıya qoyulan məqsədlərə inamla irəliləmək dayanır. Ceyhun müəllim müəllimlər, valideynlər və şagirdlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin formalaşmasına xüsusi önəm verir. Bu yanaşma məktəbdə sağlam və səmərəli mühitin yaranmasına səbəb olur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı təhsil müəssisələrinin fəaliyyətində də öz əksini tapır. Ceyhun Cahangirov dövlətimizin təhsil siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməyə çalışan, bu istiqamətdə səylə çalışan rəhbərlərdən biridir. O, gənclərin müasir biliklərə yiyələnməsini, milli-mənəvi dəyərlərə sadiq böyüməsini və Azərbaycanın gələcəyinə layiqli vətəndaş kimi yetişməsini ən vacib vəzifələrdən hesab edir.
Bu gün Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəb təhsil, tərbiyə və vətənpərvərlik istiqamətində həyata keçirilən uğurlu fəaliyyətlə seçilən təhsil müəssisələrindən biridir. Bu uğurlarda məktəbin direktoru Ceyhun Cahangirovun əməyi və zəhməti xüsusi yer tutur.
Onun fəaliyyəti göstərir ki, əsl rəhbər yalnız idarə edən deyil, həm də kollektivə yol göstərən, gənc nəslin formalaşmasına töhfə verən, cəmiyyət üçün faydalı vətəndaşlar yetişdirən şəxsdir. Şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət, təhsilin inkişafı naminə gördüyü işlər və məktəb kollektivində yaratdığı sağlam mühit Ceyhun Cahangirovun nüfuzunu daha da artırır.
Belə rəhbərlərin fəaliyyəti ölkəmizin təhsil sisteminin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcəyimizin etibarlı əllərdə olmasına xidmət edir. Ceyhun Cahangirov da öz zəhməti, məsuliyyəti və vətənə bağlılığı ilə bu şərəfli missiyanı uğurla yerinə yetirən təhsil rəhbərlərindən biri kimi hörmət qazanır.
Fərid Faiqoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü






















































