Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli - 65
Bugün, 17:08

Tapdıq Əlibəyli - 65

4 yolda sıxlıq var
Bugün, 10:23

4 yolda sıxlıq var

Tapdıq Əlibəyli - 65
Dünən, 15:52

Tapdıq Əlibəyli - 65

Vens İsveçrədədir
Dünən, 11:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Dünən, 11:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 11:22

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 11:04

Xankəndiyə qayıdırlar

22 İyun 2026 21:50Manşet / Gündəm / Sosial

“Peşə təhsili ilə istehsalatın uğurlu vəhdəti: Şirvan Dövlət Peşə Liseyinin şagirdləri üçün növbəti istehsalat təcrübəsi uğurla başa çatdı”

 

Şirvan Dövlət Peşə Liseyi ilə “Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində İstehsalat təcrübəsi, peşə təhsilinin inkişaf etdirilməsi, gənclərin nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsi və onların gələcək əmək fəaliyyətinə hazırlanması məqsədilə növbəti istehsalat təcrübəsi uğurla təşkil olunmuşdur.


Təcrübə proqramında iştirak edən şagirdlər neft-qaz sənayesinin müxtəlif istiqamətləri üzrə istehsalat prosesləri ilə yaxından tanış olmuş, peşə fəaliyyətində mühüm əhəmiyyət kəsb edən bilik və bacarıqlar əldə etmişlər. Təcrübə müddətində şagirdlərə müəssisənin fəaliyyəti, istehsal sahələrinin iş prinsipləri, tətbiq olunan müasir texnologiyalar və əməyin təşkili qaydaları barədə ətraflı məlumat verilmişdir.


“Shirvan Operating Company Ltd” Şirkətinin peşəkar mütəxəssisləri tərəfindən təşkil olunan görüş və praktiki məşğələlər çərçivəsində şagirdlər Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası və Ətraf Mühitin Mühafizəsi sahəsində mövcud norma və qaydalar, istehsalatda təhlükəsiz davranış prinsipləri, risklərin qiymətləndirilməsi və fövqəladə hallarda görüləcək tədbirlər barədə məlumatlandırılmışlar. Təhlükəsizlik mədəniyyətinin formalaşdırılması məqsədilə keçirilən təqdimatlarda neft sənayesində əməyin mühafizəsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.


Bununla yanaşı, Geologiya, Yataqların İşlənməsi, Neft və Qazçıxarma sahələri üzrə uzunillik iş təcrübəsinə malik mütəxəssislər tərəfindən şagirdlərə neft yataqlarının geoloji xüsusiyyətləri, yataqların işlənmə mərhələləri, hasilat prosesləri, quyuların istismarı, neft və qazın çıxarılması texnologiyaları barədə geniş məlumat verilmişdir. Şagirdlər istehsalat avadanlıqlarını əyani şəkildə müşahidə etmiş, onların iş prinsipləri ilə tanış olmuş, nəzəri biliklərini praktik nümunələr üzərində möhkəmləndirmək imkanı əldə etmişlər.


Təcrübə proqramı çərçivəsində şagirdlər müəssisənin istehsalat sahələrində keçirilən müşahidələr zamanı müasir neft-qaz sənayesinin iş prosesləri ilə yaxından tanış olmuş, peşəkar mütəxəssislərlə fikir mübadiləsi aparmış, onları maraqlandıran suallara ətraflı cavablar almışlar. Bu cür görüşlər gənclərin gələcək peşə seçimlərinə müsbət təsir göstərməklə yanaşı, onların əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi formalaşmasına da mühüm töhfə verir.


Tədbirin davamı olaraq iştirakçılar şirkətin ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə gül dəstələri qoyaraq Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Daha sonra “Heydər Əliyev Xatirə Muzeyi”nə ekskursiya təşkil olunmuşdur. Muzeydə şagirdlərə Ulu Öndərin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti, xalqımız qarşısındakı misilsiz xidmətləri, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı naminə həyata keçirdiyi mühüm islahatlar barədə ətraflı məlumat verilmişdir.


Ekskursiya zamanı Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın iqtisadi inkişafında oynadığı mühüm rol xüsusi qeyd edilmiş, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müasir Azərbaycanın qurulmasında göstərdiyi xidmətlər minnətdarlıq hissi ilə xatırlanmışdır. Ulu Öndərin Azərbaycançılıq ideyaları, vətənpərvərlik prinsipləri və gənclərə göstərdiyi diqqət və qayğı barədə geniş söhbətlər aparılmışdır.


Ulu Öndər Heydər Əliyev: Bizim gələcəyimiz gənclərə məxsusdur. Gənclər isə bilikli, savadlı və vətənpərvər olmalıdırlar.


Şagirdlər üçün təşkil edilən bu təcrübə proqramı onların peşə hazırlığının gücləndirilməsi, nəzəri biliklərinin istehsalat mühitində tətbiqi, əmək bazarının tələblərinə uyğun peşəkar kadr kimi formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, təcrübə proqramı təhsil müəssisəsi ilə istehsalat sahəsi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə, gələcəkdə birgə layihələrin həyata keçirilməsinə və peşə təhsilinin keyfiyyətinin artırılmasına xidmət edən uğurlu təşəbbüslərdən biri olmuşdur.


Yeni Azərbaycan Partiyası Şirvan şəhəri G. Şıxbala oğlu 74 ünvanda


“Shirvan Operating Company Ltd” Şirkəti YAP-ın ərazi partiya təşkilatının sədri Məmmədov Taleh