ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Səni xatırladıqca ürəyim fəxarətlə döyünür, Vətən oğlu...
“Bu dünya bir igid gördü” sənədli povestindən səhifələr...
Şəhid Vidadi Zalov haqqında
Mən, Ələkbərov Zaur Zakir oğlu, 20 ildən çox Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrində kəşfiyyat sahəsində xidmət etmiş, müxtəlif döyüş əməliyyatlarının və müharibələrin iştirakçısı olmuşam. Xidmətlərimə görə dəfələrlə Azərbaycan Respublikasının Prezidenti və Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunmuşam. Hazırda təqaüddəyəm. Özümə mənəvi borc bilirəm ki, şəhid qardaşımız Vidadi Zalov haqqında qısa da olsa fikirlərimi bölüşüm.
Vidadi Zalov vətənini, xalqını və dövlətini hər şeydən üstün tutan, yüksək mənəvi keyfiyyətlərə malik olan hərbçi idi. O, milli-mənəvi dəyərlərimizə bağlı, bayrağımızı uca tutan, xalqının rifahını öz şəxsi mənafeyindən üstün sayan vətənpərvər bir insan kimi tanınırdı. Onun haqqında eşitdikcə və həyat yolunu araşdırdıqca bir daha əmin oluruq ki, Vidadi öz Vətənini canından da çox sevən qəhrəman oğullarımızdan biri olub.
Vətən müharibəsinin və çətin döyüş günlərinin başladığı vaxtlarda o, arxa cəbhədə xidmət etməyi özünə yaraşdırmayıb. Könüllü olaraq ön xəttə yollanıb. Çünki Vətən onu səsləyirdi, torpaqlarımızın azadlığı onu döyüş meydanına çağırırdı. O, bu çağırışa laqeyd qala bilmədi və silahdaşları ilə birlikdə ön sıralarda yer aldı.
Döyüş yoldaşlarının xatirələrindən məlum olur ki, Vidadi Zalov düşmənin hər bir təxribatına qarşı böyük cəsarətlə mübarizə aparırdı. Təhlükə qarşısında geri çəkilməyi düşünmür, əksinə, sinəsini qabağa verərək düşmənin üzərinə ildırım sürəti ilə irəliləyirdi. Onun üçün ən vacib olan məsələ Vətənin müdafiəsi, xalqımızın təhlükəsizliyi və dövlətimizin ərazi bütövlüyü idi.
Döyüşlərin birində o, əsl qəhrəmanlıq nümunəsi göstərərək komandirinin və döyüş yoldaşlarının həyatını qorumaq üçün özünü təhlükənin qarşısına verdi. Düşmənin atəşi altında belə geri çəkilmədi, son nəfəsinə qədər döyüşərək Vətənə olan sədaqətini sübut etdi. Məhz belə igid oğulların sayəsində Azərbaycan xalqı başıuca yaşayır, dövlətimiz daha da güclənir.
Şəhid Vidadi Zalovun həyat yolu hər bir Azərbaycan gənci üçün vətənpərvərlik məktəbidir. Onun göstərdiyi şücaət, mərdlik və fədakarlıq gələcək nəsillərə örnək olacaq. Şəhidlər ölmürlər, onlar xalqın qəlbində yaşayırlar. Vidadi Zalov da öz qəhrəmanlığı ilə Azərbaycan tarixində və xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vidadi Zalovun əziz xatirəsi qarşısında baş əyir, onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Ruhun şad olsun, qəhrəman Vətən oğlu. Sənin adın və qəhrəmanlığın Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.
Ruhuna ehtiramla əqidədaşın,
Vətən müharibəsi qəhrəmanı,
XTQ-nin baş giziri Zaur Ələkbərov























































