Menu
Xəbər Lenti
Bakıda ev yanıb
27-04-2024, 09:29

Bakıda ev yanıb

Növbəti qələbəmiz
26-04-2024, 19:38

Növbəti qələbəmiz

“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

26 Ağu 09:37Manşet / Gündəm

Əbədiyaşarlığının təntənəsi-Heydər Əliyev

Əbədiyaşarlığının təntənəsi-Heydər Əliyev

Keçən hər gün bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu Ümummilli Lider ideyalarına sədaqətdir. Məhz bu yol xalqımızı və dövlətimizi daha xoş, firavan gələcəyə aparır. Ümummilli Lider realist bir insan olaraq hər zaman hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün nəticə çıxarır və ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin mahir ustadı idi.
Heydər Əliyevin bütün dolğun həyatı, tükənməz fəaliyyəti, parlaq şəxsiyyəti, zəngin irsi və ümumən ona məxsus nə varsa, hamısı Azərbaycan xalqı üçün çox dərin bir örnək nümunəsidir. Bu bir həqiqətdir ki, Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, ölkəni inkişafa, firavanlığa doğru addımlayan dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi. O, bir siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və müasr tarixini öz əlləri ilə yazdı. Bu şəxsiyyət ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oyanyıb ki, bu, əsrlər boyu unudulmayacaq, çünki Azərbaycanın hər yerində onun quruculuq fəaliyyətinin silinməz izləri vardır. Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir.
2023-cü il Azərbaycanda “Heydər Əliyev İli”dir. Tarixə nəzər salanda dahi şəxsiyyətin, qüdrətli siyasi xadimin Azərbaycan dövlətinin müstəqilliyinin qorunub-saxlanması, daha da inkişaf etdirilməsi, xalqımız, millətimiz üçün gördüyü işlərin ölçüyəgəlməz miqyasını dərk edirik və əminliklə bir fakt beynimizə hakim olur - Ulu Öndərin əvəzsiz xidmətləri qarşısında təkcə bir il deyil, ümumilikdə, XX əsr Azərbaycan üçün Heydər Əliyev əsridir. Ömrünün 100 ilini öz xalqına, öz Vətəninə xidmətə həsr etmiş dahi azərbaycanlının cəmiyyətin hər bir sahəsində öz imzası, öz adı yazılıb. Təkcə dövlətçilik, daxili və xarici siyasət deyil, eyni zamanda xalqın milli kimliyi, tarixi, adət-ənənələri, milli-mənəvi dəyərlərinin qorunub-saxlanmasında, təbliğində böyük mübarizələrdən keçərək misilsiz xidmətləri ilə dünyada nümunəvi şəxsiyyətə çevrilmişdir. Onun istər yüksək dövlət vəzifəsində tutduğu ali vəzifələrdə, istər adi həyatda insanlara və ailəsinə münasibəti bu deyilənlərin parlaq təzahürüdür.
Ailə kiçik bir dövlətdir. Ulu Öndər ailəni cəmiyyətin bünövrəsi, özəyi hesab edirdi. Azərbaycanda sağlam cəmiyyətin, güclü dövlətin qurulmasında, möhkəmlənməsində ailənin vacib amil olduğunu qeyd edirdi. Bu mənada Azərbaycana rəhbərliyi dövründə hər zaman ailə, qadın və uşaq hüquqlarını, qadınların cəmiyyətdə rolunu diqqətdə saxlamış, ölkənin ana qanunu Konstitusiyada Azərbaycanın ailə dayaqlarını daha da möhkəmləndirən hüquq və vəzifələrin müəyyənləşdirilməsi üçün Ailə məcəlləsi, ailələrin normal hüquqi əsaslar üzərində qurulması, ailə, uşaq, nikah və valideynlərin hüquqlarının təminatçısı olan əsas hüquqi baza təsbit etmişdir.
Ədliyyə Nazirliyi tərəfindən dahi liderin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində də bu ənənə uğurla həyata keçirilir. Vətəndaşların xahişi ilə yeni ailə həyatı qurmağa qədəm qoyan gənclər könüllü Heydər Əliyev Mərkəzinə gələrək Heydər Əliyevin abidəsini ehtiramla ziyarət edir, sonra Mərkəzdə Ulu Öndərin həyat və siyasi fəaliyyəti ilə yaxından tanış olurlar. Gənclərə muzey əməkdaşları tərəfindən ailə dəyərlərinin qorunmasının vacibliyindən, dahi şəxsiyyətin ailə konsepsiyasından ətraflı məlumatlar verilir, gənclər xatirə kitabına öz ürək sözlərini yazırlar.
Sonra yeni ailə quran gənclərin yaxınlarının iştirakı ilə gənclər arasında nikah müqaviləsi bağlanır və gənclərə nikah şəhadətnamələri verilir.
Azərbaycanda dövlət ailə siyasətinin müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Ailələrin daha möhkəm, sağlam təməllər üzərində qurulması vacib məsələdir. Ədliyyə Nazirliyi tərəfindən bizim də iştirakımızla “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzində qeydiyyat mərasimləri, vətəndaşların xahişi ilə yeni ailə həyatı quran gənclərin nikahının qeydiyyat mərasimləri, yeni dünyaya gəlmiş uşaqların doğumlarının təntənəli şəkildə qeydiyyat mərasimləri kimi möhtəşəm tədbirlər keçirilir, onlara müvafiq doğum haqqında şəhadətnamələr təqdim olunur.
“Heydər Əliyev İli” ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilən bu cür mötəbər tədbirlər hər bir gənc üçün yeni ailə həyatında uğurlu xoşbəxt günlərin əsasını qoymaqla yanaşı, həm də əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ailə ənənələrinə sadiqliyin nümunəsidir.
“Heydər Əliyev İli”nə təsadüf edən doğumun təntənəli qeydiyyatı mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini yeni ailə quranlar və yeni dünyaya gələn körpələrin valideynləri həyatlarının ən xoş anları kimi xatırlayırlar. Bu yenilik ümummilli liderinin əziz xatirəsinə əbədi ehtiramın təzahürüdür.
Ədliyyə işçiləri olaraq hər birimiz əminik ki, “Heydər Əliyev İli” Azərbaycanda müstəqil dövlətçilik ideallarının təntənəsi ilinə çevriləcəkdir. Bu, həm də Ümummilli Lider Heydər Əliyevin əbədiyaşarlığının təntənəsi deməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin ölkəmizdə
“Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə olduğu kimi, Bakı şəhərində də vətəndaşların istəyilə Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir.
Ulu öndər Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir! Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri, dahi rəhbərin zəngin və çoxşaxəli irsinin indiki və gələcək nəsillərə örnəkdir.
Heydər Əliyev öz ölümü ilə ölməzliyə qovuşdu, xalqın taleyində liderlik missiyasını davam etdirdi, cəmiyyətimizi daha sıx birləşdirdi. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir. Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə, ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər. Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də, məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçürmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.
Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır. 2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd edilməsi Ümummilli liderimizin əziz xatirəsini böyük coşğu ilə yad etmək və əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.
Heydər Əliyev Mərkəzində bizim də iştirakımızla keçirilən tədbirdə 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət ailə və uşaq siyasətinin uğurla həyata keçirilməsindən, ailə-nikah münasibətlərinin möhkəmləndirilməsi, ölkəmizin gələcəyi olan uşaqların hərtərəfli inkişafı ilə bağlı görülən məqsədyönlü tədbirlərdən danışılır.
Doğum haqqında şəhadətnamələr üzərində Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları qeyd olunan bukletlərlə valideynlərə təqdim olunaraq körpələrə sağlam həyat və uğurlu gələcək arzu edilir.
Doğumun təntənəli qeydiyyatı mərasiminin “Heydər Əliyev İli”ndə keçirilməsinin xüsusilə əlamətdar olduğu bildirilir, Ədliyyə Nazirliyi tərəfindən uşaqlara hədiyyələr təqdim edilir. “Heydər Əliyev İli” müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin ideallarının işığında qazandığı parlaq nailiyyətlərin bütün dünya qarşısında möhtəşəm hesabatı ili olacağına əminlik yaradır.
Ədliyyə işçiləri olaraq hər birimiz əminik ki, “Heydər Əliyev İli” Azərbaycanda müstəqil dövlətçilik ideallarının təntənəsi ilinə çevriləcəkdir. Bu, həm də Ümummilli Lider Heydər Əliyevin əbədiyaşarlığının təntənəsi deməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir, müasir müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir.
Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyev öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksələrək əbədi yaşayacaq. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçürmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində, ədliyyə işmisi olaraq hər birimizin ürəyində əbədi yaşayır və daim yaşayacaqdır.
Ədliyyə işçiləri olaraq bizim ən böyük vəzifəmiz dahi lider Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri daim yüksək fəxr hissi ilə qeyd olunacaq, əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla anılacaq.

Təranə Novruzova
Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi