Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
PFL klublara 3 milyona yaxın ödəniş etdi
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara ödənişlər həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa klubları arasında bölüşdürülüb.
Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb. Mövsüm ərzində Peşəkar Futbol Liqası tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib.
İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, Peşəkar Futbol Liqası tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.
Yekun bölgüdə ilk pillədə “Qəbələ” klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib. Klublara köçürülən vəsaitlərin məbləği və bölgünün bütün detalları təqdim olunan cədvəldə öz əksini tapıb. Peşəkar Futbol Liqası ümid edir ki, ilk dəfə tətbiq edilən bu təşviq mexanizmi klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verəcək.























































