TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
“Citynet yeniləndi” - Hər kəs üçün daha da rahat olacaq
Azərbaycanın aparıcı internet provayderi “Citynet” yenilənmiş strategiyası ilə qabaqcıl texnologiyalara daha geniş miqyasda keçid edib.
“Qafqazinfo” xəbər verir ki, “Citynet ilə rahat yaşa” şüarı müştərilərin gündəlik həyatında internetdən istifadə prosesini daha sadə və rahat etməyə yönəlmiş öhdəliyi ifadə edir.
Artıq istənilən tarifə cəmi 3 kliklə qoşulmaq mümkündür. Tamamilə yenilənmiş veb-sayt daha sadə, sürətli və mobil cihazlara tam uyğun interfeys təqdim edir. Bundan əlavə, yenilənmiş mobil tətbiq vasitəsilə abunəçilər hesab idarəsi, balans yoxlaması, avtomatik ödəniş, operativ xəbərdarlıqlar və dəstək kimi imkanlara asanlıqla qoşula biləcəklər. Tətbiq həm “iOS”, həm də “Android” platformalarında əlçatandır.
Yeni strategiya çərçivəsində “Citynet” mövcud tarif xəttini də optimallaşdırıb. Artıq hər bir istifadəçi öz büdcəsinə və istifadə vərdişlərinə uyğun təklifi rahatlıqla seçə biləcək.
Bundan əlavə, “Citynet” xüsusi “TələbəPlus” və sosialyönümlü “Qayğı” paketlərini də təqdim edib.
Hər iki tarif haqqında ətraflı məlumatı www.citynet.az saytından əldə edə bilərsiniz.
“Citynet” yenilənmiş strategiyasını vizual kimlik üzərindən də əks etdirir. Yeni brend kimliyində hər bir element xüsusi məna daşıyır: dairə fasiləsiz xidməti, əyri xətlər isə sürətli internetin dinamik və axıcı təbiətini simvollaşdırır. Loqoda “c” hərfi mərkəzi element, nöqtə isə etibarlı və dayanıqlı əlaqənin mərkəzini təmsil edir. Wi-Fi işarəsi “rahat əlaqə” ideyasını, parlaq çəhrayı fiber optik şüanı, yaşıl rəng isə güclü siqnalı əks etdirir. “Citynet” optimallaşdırılmış tariflər, daha əlçatan xidmətlər, gücləndirilmiş müştəri dəstəyi və istifadəçi ehtiyaclarına uyğun həllərlə hər kəs üçün daha rahat rəqəmsal təcrübə yaradır.
Qeyd edək ki, “Citynet” yüksəksürətli internetlə yanaşı, eksklüziv TV xidmətləri də təqdim edir. “Citynet” tv vasitəsilə istifadəçilər “Digiturk”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi seçilmiş kanalları izləyə, həmçinin “YouTube”, “Netflix”, “Amazon Prime” və “Spotify” kimi populyar tətbiqlərə asanlıqla çıxış əldə edə bilirlər.
“Citynet” haqqında
Azərbaycanın aparıcı internet provayderi olan “Citynet” yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. “Citynet” Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. “Citynet” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.























































