Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
15 İyun – Milli Qurtuluş Günü: Ulu Öndər Heydər Əliyev və dövlətçiliyimizin xilası
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “15 İyun – Azərbaycanın müstəqilliyini və dövlətçiliyini xilas edən tarixi gün”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
“CityNet” “Best Managed Companies Azerbaijan 2026” mükafatına layiq görülüb
“CityNet” beynəlxalq audit şirkəti “Deloitte” tərəfindən təsis olunmuş “Best Managed Companies Azerbaijan 2026” mükafatına layiq görülən ilk internet provayderi olub.
Hər il keçirilən tədbir çərçivəsində ölkənin özəl sektorunda fəaliyyəti ilə fərqlənən şirkətlər qiymətləndirilir. Müsabiqənin yekunlarına həsr olunan xüsusi tədbirdə mükafat “CityNet”in baş icraçı direktoru İlqar Nəhmədova təqdim olunub.
“Bu mükafat uzunmüddətli inkişaf strategiyamızın, komandamızın peşəkarlığının və müştəriyönümlü yanaşmamızın təsdiqidir. “Azerconnect Group”un tərkibində fəaliyyət göstərən “CityNet” olaraq məqsədimiz təkcə internet xidməti təqdim etmək deyil, ölkədə rəqəmsal transformasiyanın inkişafına real töhfə vermək, istifadəçilərə innovativ və dayanıqlı həllər təqdim etməkdir. “Best Managed Companies Azerbaijan 2026” mükafatına layiq görülmək bizim üçün böyük qürur mənbəyi olmaqla yanaşı, gələcək hədəflərimiz üçün motivasiyadır”, - deyə “CityNet”in baş icraçı direktoru İlqar Nəhmədov vurğulayıb.
Qeyd edək ki, “CityNet” ötən il beynəlxalq Ookla Speedtest platforması tərəfindən Azərbaycanın ən yaxşı sabit şəbəkə operatoru seçilib. Eyni zamanda, şirkət tam OTT TV məhsul portfelini, “Hybrid STB” həllini, o cümlədən Smart TV tətbiqlərini aparıcı televiziya brendləri və əməliyyat sistemlərində istifadəyə verib. Bundan əlavə, “CityNet” “Digiturk” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda bu platformanı öz abunəçilərinə təqdim edib.
“Best Managed Companies” müsabiqəsi Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərin idarəetmə keyfiyyəti, strateji inkişaf yanaşması, insan resurslarının effektiv idarə olunması, maliyyə dayanıqlılığı və korporativ sosial məsuliyyət istiqamətlərində beynəlxalq meyarlar əsasında qiymətləndirilməsini hədəfləyir. Layihə eyni zamanda şirkətlər arasında qabaqcıl idarəetmə təcrübələrinin artırılmasına və davamlı inkişaf prinsiplərinin təşviqinə xidmət edir.
“CityNet” haqqında
Azərbaycanın aparıcı internet provayderi olan “CityNet” yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. “CityNet” Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. “CityNet” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.

























































