Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Zərifə Əliyeva fenomeni – elmin, humanizmin və şəfqətin zirvəsi”
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev: “Qəhrəmanın gücü onun qılıncında yox, əqidəsindədir”
Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Enerji təhlükəsizliyinə sədaqətlə xidmət edən rəhbər: Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Xəndan Əhmədov
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Türkiyənin premium televiziya platforması “Digiturk” artıq “CityNet TV”də
“CityNet TV” izləyicilərinə təqdim etdiyi məzmun çeşidini daha da zənginləşdirərək, dünyanın aparıcı media nəhəngi “BeIN Media Group” ilə əməkdaşlığa başlayıb.
Bu tərəfdaşlıq nəticəsində “CityNet TV” istifadəçiləri Türkiyənin premium televiziya platforması “Digiturk”ün təqdim etdiyi zəngin məzmunu izləyə biləcəklər.
Yeni “Digiturk” paketi çərçivəsində idman həvəskarları “BeIN Sports International”, “BeIN Sports 2”, “BeIN Sports 3”, “BeIN Sports 4” kanallarında Türkiyə Super Liqasının matçları da daxil olmaqla bir çox futbol qarşılaşmalarına yüksək keyfiyyətdə baxa biləcəklər. Əyləncə və kino həvəskarları üçün isə xüsusi olaraq “BeIN Iz”, “BeIN Gurme”, “BeIN Movies Turk” kanalları təqdim olunur. Bundan əlavə, 1000-dən çox müxtəlif janrda film və serialdan ibarət VoD kataloqu izləyicilərə premium məzmuna çıxış imkanı yaradır.
Qeyd edək ki, “CityNet TV”yə yeni qoşulan istifadəçilər “Digiturk” paketindən ilk ay ödənişsiz yararlana biləcəklər. Mövcud abunəçilər üçün xidmətin dəyəri aylıq cəmi 16.99 AZN təşkil edir. Xidmətdən istifadə edə bilmək üçün “CityNet”in yeni nəsil Android STB (Set-Top Box) cihazı tələb olunur.
Qoşulma və ya xidmətlər haqqında daha ətraflı məlumat əldə etmək üçün www.citynettv.az saytına daxil ola, *1177 ilə əlaqə saxlaya və ya “CityNet TV” mobil tətbiqindən istifadə edə bilərsiniz.
Xatırladaq ki, “CityNet TV” “Digiturk”lə yanaşı, “BluTV”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi premium kanalları izləmə imkanı təqdim edir. Bundan əlavə, istifadəçilər platforma üzərindən “YouTube”, “Netflix”, “Amazon Prime”, “Spotify” kimi məşhur tətbiqlərə də rahatlıqla baxa bilərlər.
“CityNet” haqqında
Azərbaycanın aparıcı internet provayderi olan “CityNet” (ticarət nişanı “Uninet” MMC-yə məxsusdur) yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. “CityNet” Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. “Uninet” MMC müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibində olan “Azerconnect Group”a daxildir.























































