Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Bu gün Azərbaycan Daxili İşlər Orqanının zabiti, ziyalı, vətəninə və dövlətinə sadiq, mərd,igid oğul,qardaşımız və iş yoldaşımız Əsgərov Arif Xanış oğlunun doğum günüdür.
Azərbaycan dövlətçiliyinə, asayişin qorunmasında və Vətənə sədaqətlə xidmət edən Daxili İşlər Orqanlarının həyatında özünəməxsus öz dəst- xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, dəqiqliyi, qayğıkeşliyi ,mehribanlığı, təmkinliyi, işgüzarlığı,iradi və mənəvi keyfiyyəti ilə seçilən ömrünün 35 - ilini şərəfli xidmət yolunu Daxili İşlər Orqanlarında keçirməkdədir.
Polis mayoru Əsgərov Arif Xəliş oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı və tükənməyən naliyyətlər arzulayırıq.
Dövlətə və vətənə həsr olunmuş şərəfli ömür yolu keçən şəxslərdən biri olan, uzun illər daxili işlər orqanlarında vicdanla xidmət edən, peşəsinə, tutduğu vəzifə borcuna həmişə sadiq qalan polis mayoru Əsgərov Arif Xəliş oğlu 1968 - ci ilın iyun ayının 23- də Bakı şəhərində ziyalı və zəhmətkeş bir ailədə dünyaya göz açıb.
Əsgərov Arif Xəliş oğlu 1985- ci ildə Bakı şəhər Elxan İsmayılov adına 253 nömrəli orta məktəbi bitirib.
A. Əsgərov Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində, Daxili işlər nazirliyinin müvafiq strukturlarında keçirilən bir çox metodiki - təlim toplanışlarda, xüsusi - taktiki təlimlərdə , komando - qərargah məşqlərində, müvafiq ixisasartırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1986 -1988 - ci illərdə SSRİ Silahlı Qüvvələrinin Gürcüstan hərbi dairəsinin Axalkalaki rayonunun ərazisində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
Əsgərov 1990-cu ildən Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə Millətə, dövlətə, vətənə və xalqa sədaqətlə xidmət edir.
Polis mayoru A.Əsgərov peşəkar biliklərini daha da artırmaq məqsədilə 1996-2001-ci illərdə. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında ali hüquq təhsilli almışdır. Akademiyada oxuduğu müddətlərdə nizam-intizamı və nümunəvi davranışları ilə həm müəllimlərin, həmdə kurs yoldaşlarının hörmətini qazanmışdır.
Mayor Arif Əsgərov cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,fövqalədə hallar (fövqalədə vəziyyət və komendat saatı zamanı) o, cümlədən əməliyyat şəraitinin təhlili, idarəçilik mexanizminin təkmilləşdirilməsi, kompleks tədbirlərin hazırlanması və digər sahələrdə üzərinə düsən məsul vəzifələri hər zaman layiqincə yerinə yetirmişdir, bu illərdə bir çox polis əməkdaşın yetişməsində xüsusi əməyi olmuşdur.
A.Əsgərov daxili işlər orqanlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox polis əməkdaşlarına Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Polis Andın, Daxili işlər nazirliyinin post - patrul və intizam nizamnamələrinin tələblərinin əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə olmuşdur.
Mayor Əsgərov Arif Xəliş oğlunun polis yoldaşları onu vətənpərvər, cəsarətli, qorxmaz, xeyirxah, vətənpərvər, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, qohum-əqrəba, dost - tanış arasında özünə layiq hörmət qazanıb .
Öz xidməti və ictimai vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin və onların müavinlərinin,idarə və şöbə rəislərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, dəfələrlə fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında , respublikada əmin - amanlığın təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:
1."Azərbaycan Polisinin 90 illiyi ( 1918 - 2008)" yubiley medalı ilə;
2.“Azərbaycan Polisinin 95 illiyi ( 1918 - 2013)" yubiley medalı ilə;
3.“Azərbaycan Polisinin 100 illiyi (1918-2018” yubiley medalı ilə;
4.”Polis Veteranı " medalı ilə;
5."Qüsursuz xidmətlərə görə" 3-cü dərəcəli medal- Daxili işlər orqanlarda 10 təqvim ili xidmətə görə;
6.“Qüsursuz xidmətlərə görə" 2-ci dərəcəli medal-Daxili işlər orqanlarda 15 təqvim ili xidmətə görə;
7."Qüsursuz xidmə görə" 1-ci (Ali) dərəcəli medal ilə - Daxili işlər orqanlarda 20 təqvim ili xidmətə görə.
Əziz qardaşımız Sizə xidməti peşə fəaliyyətinizdə müvəfəqiyyət diləyirik.
Nəbizadə Könül Faxrəddin qızı























































