Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
Yayda yumurta yemək zərərlidirmi?
Son günlər sosial şəbəkələrdə yumurtanın ucuzlaşması fonunda insanların kütləvi şəkildə bu məhsulu alması yay aylarında onun sağlamlığa təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Sehiyye.info NDTV-yə istinadən xəbər verir ki, yumurta yüksək qida dəyərinə malik, ucuz və əlçatan zülal mənbəyi olsa da, düzgün saxlanılmadıqda sağlamlıq üçün risk yarada bilər.
Mütəxəssislər bildirirlər ki, yay aylarında əsas risk yumurtanın özü deyil, onun saxlanma və istifadə qaydalarının pozulmasıdır. Yüksək temperatur bakteriyaların sürətlə çoxalmasına şərait yaradır ki, bu da qida zəhərlənməsi riskini artırır.
Həkimlər yumurtanın soyuducuda saxlanılmasını, çatlamış məhsullardan istifadə edilməməsini və tam bişirilməsini tövsiyə edirlər. Uzun müddət otaq temperaturunda qalan yumurtaların istehlakının isə təhlükə yarada biləcəyi qeyd olunur.
Yay aylarında qaynadılmış yumurta və tərəvəzlə hazırlanan variantların daha məqsədəuyğun olduğu vurğulanır.
Mütəxəssislər qeyd edirlər ki, sağlam insanlar üçün yay aylarında yumurtadan imtina etməyə ehtiyac yoxdur. Əsas şərt balanslı qidalanma, düzgün bişirmə üsulu və qida gigiyenasına riayət edilməsidir.//yeniavaz























































