Xəbər Lenti
20-03-2023, 10:53
Ermənilər Azərbaycanın Zəngilandakı mövqelərini atəşə tutublar: Hərbçimiz yaralanıb
20-03-2023, 10:48
Şeradil Baktıqulov: “Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır” - Qırğızıstandan MÜSAHİBƏ
19-03-2023, 10:29
“Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə” - “The Travel” Azərbaycandan yazıb
19-03-2023, 10:24
İcma: “Qərbi Azərbaycan mövzusu Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib”
18-03-2023, 12:25
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə tədbiri keçirilib
18-03-2023, 12:24
Prezident: “Xalqımıza qarşı törədilmiş soyqırımı, ədalətsizlik və hərbi cinayətləri heç vaxt unutmayacağıq”
18-03-2023, 12:19
Ermənistan ATƏT-də İrandakı səfirliyimizə qarşı teraktı pisləyən bəyannamənin qəbul edilməsinə mane oldu
18-03-2023, 12:10
Avropada derbilər həftəsi: “İnter” - “Yuventus” oyunundan “El-Klassiko”yadək - AFİŞA
18-03-2023, 12:05
Karyerasının zirvəsində olanlar milliyə çağırılmırlar - De Byazinin seçimlərinə SÖZARDI
17-03-2023, 10:16
İlham Əliyev Vladimir Putinlə Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə edib
17-03-2023, 09:58
Gülşən Əsədova: Sosial şəbəkələr və xəbər saytları bəzən məsələni şişirdib cəmiyyətə təqdim edirlər - VİDEO
16-03-2023, 14:31
Azərbaycan təhsilinin inkişafı ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır
16-03-2023, 13:00
Nərimanov Tibb Mərkəzinin Təşkilatçılığı Ilə Ulu Öndər Heydər Əliyevin 100 Illiyinə Həsr Olunmuş Tibbi Aksiya Keçirilib – FOTOLAR
16-03-2023, 10:10
Bakıda bir nəfər pəncərədən piyadaların başına şüşə butulka atır? - DİN HƏRƏKƏTƏ KEÇDİ
16-03-2023, 10:06
Bağça rəhbəri: “Tərbiyəçi üç ay uşağı qucağında yatızdırıb, indi niyə şikayət edirlər?” - YENİLƏNİB
02 fev 11:23Gündəm
Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

25 yanvar 2023-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkil etdiyi “Technest” Təqaüd Proqramı yeni tədris ilinə start verib.
Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.
Bildirilib ki, tədris ili çərçivəsində Bakı şəhəri üzrə 2-ci qeydiyyat dalğası elan edilib. Qeydiyyat ölkənin İKT sahəsində 10-dan çox aparıcı tədris mərkəzinin təqdim etdiyi 50-ə yaxın ixtisas üzrə aparılacaq. Proqram üzrə 2023-cü ilin ilk rübündə 1000-dən çox, il ərzində ümumilikdə isə Azərbaycan üzrə 3000 nəfərə təqaüdün verilməsi planlaşdırılır.
Qeydiyyatdan keçən şəxslər müsabiqə mərhələlərindən keçərək təqaüdə cəlb olunacaqlar və göstəricilərindən asılı olaraq təqaüd qazanan şəxslərin təhsil haqlarının 70, 90 və 100%-i “Technest” tərəfindən təmin olunacaq.
Qeyd edək ki, Bakıda 2-ci mərhələdə qeydiyyat yeni tərəfdaşların təklif etdiyi ixtisaslar üzrə aparılacaq.
Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://technest.idda.az/
Son qeydiyyat tarixi 10.02.2023-cü ildir.
Xatırladaq ki, ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində tədris prosesinin peşəkar və səmərəli təşkili üzrə İRİA ölkədə İKT üzrə peşəkar kadr siyasətini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər. Proqram çərçivəsində İKT üzrə ixtisaslaşmış 12 aparıcı təlim mərkəzi ilə 50-ə yaxın ixtisasın tədrisi həyata keçirilir. 2022-ci il üzrə‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində təqaüd qazanan şəxslərin sayı 618, işə qəbul əmsalı 90% təşkil edir.