Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə neftçilərə diqqət və qayğı
Əli Cəfərov: “Məqsədimiz Qarabağ döyüşlərinin yaddaşlarda dərin iz buraxmasına nail olmaqdır”
Fəaliyyəti ilə nümunə göstərilən rəhbər – 7 saylı Yol İstismar İdarəsinin rəisi Müşfiq İmranov
Zəhmətkeş və məsuliyyətli rəhbər – Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami Sarıyev
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev
Dünya və Avropa Cempiyonu Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hakimlər Kollegiyasının sədri Güloglan Cabbarlı
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
Azərbaycanlı müğənnilər mahnı ilə yanaşı, qiymət də oxuyurlar - FANTASTİK MƏBLƏĞLƏR
Zəhmət, məsuliyyət və dövlətə sədaqət nümunəsi – Masallı Rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Rəisi İslam İsmayılov – Hüquqi dəqiqlik, vətəndaş məmnunluğu və dövlətə sədaqət nümunəsi
“Aysberq” Pivə İstehsalat Müəssisəsinin Təsisçisi Qasım Muradov – Sahibkarlıq uğuru, yenilikçi düşüncə və milli iqtisadi inkişafa töfhə
Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini Anar Oruclu – Peşəkar idarəçilik, sosial məsuliyyət və dövlətə sədaqət nümunəsi
Gənclər Təşkilatları Milli Şurasının XX Hesabat-Seçki Qurultayı keçirilib

Noyabrın 27-də Bakı Konqres Mərkəzində ölkənin aparıcı gənclər platformalarından olan, 150 gənclər təşkilatını ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XX Hesabat-Seçki Qurultayı keçirilib.
Qurultayda rəsmi şəxslər, Milli Şuraya üzv olan gənclər təşkilatları, tərəfdaş qurumların səlahiyyətli təmsilçiləri, həmçinin media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Qurultay öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən NAYORA-nın sədri Azər Əliyev təşkilatın fəaliyyətində hər zaman əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətini prioritet götürdüyümüzü vurğulamış, təşkilatın fəaliyyətini dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq aləmdə layiqli təmsilçilik prinsiplərini rəhbər tutaraq qurulduğunu xüsusilə qeyd etmişdir. Daha sonra NAYORA-nın 2020-23-cü illər üzrə fəaliyyət hesabatını özündə birləşdirən təqdimat və videoçarx təqdim edilib.
Qurultay rəsmilərin çıxışları ilə davam edib. Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclər təşkilatlarının vətəndaş cəmiyyətindəki rolundan, nazirliyin Milli Şura ilə birlikdə həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib. Daha sonra Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı direktor vəzifəsinin icraçısı Qədir Xəlilov, Milli Məclisin deputatları Arzu Nağıyev və Bəhruz Məhərrəmov çıxış ediblər.
Rəsmi hissə başa çatdıqdan sonra Qurultayın hesabat və seçkilər hissəsi başlayıb. Beləki, sədrliyə namizəd Rafael Hacıbəyli, Sədr müavinliyinə namizədlər Nail Şükürov və Güldanə Dadaşova gələcək fəaliyyətləri, planları ilə bağlı çıxış ediblər. Daha sonra ARGTMŞ-nın İdarə Heyəti və Mərkəzi-Nəzarət Təftiş kommisiyası üzvlüyünə namizədlər təqdim olunub.
Təqdimatlar yekunlaşdıqdan sonra Qurultayda iştirak edən təşkilatların səsverməsi nəticəsində Rafael Hacıbəyli Milli Şuranın yeni sədri seçilib, həmçinin sədr müavinləri, İdarə Heyəti və Mərkəzi Nəzarət-Təftiş Komitəsinin üzvləri müəyyənləşib.
Yeni seçilmiş sədr müavinləri:
1. Nail Şükürov - “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi
2. Güldanə Dadaşova - Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyi
İdarə Heyətinin yeni seçilmiş üzvləri:
1. Azad Manaflı - “İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai Birliyi
2. Əli Abdullayev - Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi
3. Elman Əsgərov - Təbiət Dostları Gənclərin Ekoloji Maarifləndirilməsinə Kömək İctimai Birliyi
4. Orduxan Qəhrəmanzadə - Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan İctimai Birliyi
5. Rüfət Əsədzadə - Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyi
6. Nərminə Hüseynzadə - Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı İctimai Birliyi
7. Ülvi Camalsoy - Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi
Mərkəzi Nəzarət-Təftiş komissiyasının yeni seçilmiş üzvləri
1. Aynurə Salmanlı - Gənclərin Maarifləndirilməsinə Dəsətək İctimai Birliyi
2. Ənvər İsmayılov - “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi
3. Cəsur Mədətzadə - Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi
4. Murad Yusifli - Həkim və Təbib Tələbələr İctimai Birliyi
5. Rəsul Quliyev - Bizim Gənclik İctimai Birliyi








































































