Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin məclisi keçirilib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin 2023-cü il üçün sayca ikinci olan hibrid formada növbəti məclisi keçirilib.
Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən Məclisdə ARGTMŞ-na üzv olan və üzv olmaq üçün müraciət edən gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak ediblər. Məclis öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məclisə sədrlik edən İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədov hər kəsi salamlayaraq, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinə iştirakları üçün minnətdarlığını bildirib.
Daha sonra NAYORA-nın sədri Azər Əliyev cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsinin gənclər olduğunu vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinə verdiyi önəmi, onlara göstərdiyi diqqət və qayğıdan, ölkədə gənclərə yaradılan geniş imkanlardan söz açmış, həmçinin üzvlüyə müraciət edən təşkilatlara da uğurlar arzu etmişdir.
Tədbirin gedişatında NAYORA-nın Baş katibi Ramin Həbibzadə təşkilatın 2023-cü ilin mayından 2023-cü ilin oktyabr ayına qədər olan dövrdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edərək, keçirilən tədbirlər, layihələr və onlayn kampaniyalar haqqında məlumat vermişdir.
Məclisdə üzvlük üçün müraciət edən “Elitar Gənc Biznesmenlər Mərkəzi” İctimai Birliyi, “Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyi, “Yaradıcı Gənclər” İctimai Birliyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi öz fəaliyyətləri, gələcək hədəfləri və planları ilə bağlı təqdimatlarını təqdim ediblər.
Üzvlük üçün müraciət edən təşkilatların sədrlərinin çıxışlarından sonra onlayn və oflayn formada səsvermə keçirilib, uğur qazanan təşkilatlar Gənclər Təşkilatları Milli Şurasında müşahidəçi statusda üzvlüyə qəbul olunub.





























































