Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və Təşkilatın Azərbaycan üzrə Milli Bölməsi olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) arasında görüş keçirilib
İyulun 20-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında QHGT və QHGT-nin Azərbaycan üzrə Milli Bölməsi olanAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) arasında görüş baş tutub.
Görüş zamanı NAYORA-nın idarə heyətinin üzvləri mənzil qərargahı və qərargah daxilində təsis olunan QH gənclərinin tədqiqat mərkəzinin şəraiti ilə tanış olublar. Mərkəz QH gənclərinin üzləşdiyi problemləri araşdırmaq və həll yollarını tapmaq üçün təhlillər aparmaq məqsədi ilə yaradılıb.
Görüş NAYORA-nın sədri Azər Əliyevin nitqi ilə davam edib. Mənzil-qərargahının açılışı münasibəti ilə QHGT-nin sədri Orduxan Qəhrəmanzadəni təbrik edən A. Əliyev Təşkilatın katiblik üzvlərinə öz işlərində uğurlar arzu edib. Cari keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı müzakirənin ardınca, QHGT-nin sədri Orduxan Qəhrəmanzadə NAYORA-nın Təşkilatın Milli Bölməsi rolunda apardığı aktiv fəaliyyəti yüksək qiymətləndirdiyini bildirib. Daha sonra, təşkilatların nümayəndələri gələcək əməkdaşlıq istiqamətləri, eləcə də, resurs və məlumat mübadiləsi üzrə təkliflərini səsləndiriblər.
Qonaqlar NAYORA adından QHGT-nin sədri Orduxan Qəhrəmanzadəyə hədiyyə təqdim edib. Görüşün sonunda xatirə fotosu çəkilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi 2022-ci il 29 iyul tarixində Şuşa Sazişi ilə Təşkilata çevrilib. Azərbaycanın sədrliyi dövründə Hərəkatın institusional inkişafı üçün atılmış mühüm addımlardan biri olan QHGT hazırda QH gənclərinin inkişafına təkan verən platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.
Fərid Faiqoğlu
AJB-nin üzvü






























































