Xəbər Lenti
Bugün, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Dünən, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
29 İyul 2022 16:21Manşet
Şuşada yaradılan Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Mənzil-qərargahı Bakıda yerləşəcək
25-29 iyul tarixlərində Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı (QH) Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq QH üzv ölkələrinin gənclərini birləşdirən QH Gənclər Təşkilatı yaradılmışdır.
Şuşa Akkordu (Şuşa razılaşması) kimi tarixə düşən QH Gənclər Təşkilatının yaradılmasına dair sənəd, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adının QH tarixinə yazılmasına xidmət edəcək.
QH Gənclər Şəbəkəsinin yaradılması, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində QH Parlament Şəbəkəsinin yaradılmasından sonra ikinci mühüm təşəbbüsdür.
Təşkilatın Mənzil-qərargahı Bakı şəhərində yerləşəcək. Bununla yanaşı üzv dövlətlərin təmsil etdikləri digər bölgələrdə regional ofislər təsis ediləcək. Təşkilata sədrlik qarşıdan gələn 3 il müddətinə Azərbaycan nümayəndəsi tərəfindən ediləcək.
Bu təşkilatın yaradılması, QH Gənclər Sammitində iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılanmış və dəstəklənmiş, QH üzv ölkələrinin gənclərini birləşdirən bu mühüm təşəbbüsə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edilmişdir.
2021-ci ilin 4 oktyabr tarixində Azərbaycanın təşəbbüsü ilə yaradılmış QH Gənclər Şəbəkəsinin QH Gənclər Təşkilatına çevrilməsi ilə QH üzv ölkələrinin gənclərini birləşdirən bu təsisat, beynəlxaq platformalara daha rahat çıxış imkanı əldə etmişdir.
QH Gənclər Sammiti çərçivəsində Şuşaya səfər edən QH üzv ölkələrinin nümayəndə heyətləri, Azərbaycan ərazilərinin Ermənistan tərəfindan işğal altında saxlanması, hənin dövrdə baş vermiş dağıntılar barədə məlumatlandırılmış, həmçinin Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən Şuşa şəhərinin tarixi və memarlıq abidələri ilə tanış olmuşlar.
Xatırladaq ki, QH 4 qitədən 120 ölkəni özündə birləşdirir. Azərbaycan 2019-cu ildən Hərəkata sədrlik edir. Sədrlik müddəti 2022-ci ildə başa çatmalı olsa da, üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz əlavə 1 il müddətinə uzadılmışdır.























































