Menu
Xəbər Lenti
Neftimiz ucuzlaşdı
Bugün, 08:50

Neftimiz ucuzlaşdı

Meteor yağışı olacaq
Dünən, 08:56

Meteor yağışı olacaq

A  Z  Ə  R  B  A  Y  C  A  N
28-12-2025, 13:11

A Z Ə R B A Y C A N

XÜSUSİ TƏŞƏKKÜR
26-12-2025, 16:07

XÜSUSİ TƏŞƏKKÜR

30 Dekabr 2025 13:16Manşet / Gündəm / Sosial

BİR QƏHRƏMANLIQ FƏLSƏFƏSİ...

 

VƏTƏN VƏ TORPAQ ADINA AND İÇƏNLƏRDƏN BİRİ…

TANRI SƏNİ MÜCADİLƏ ÜÇÜN YARATDI, VƏTƏNİM AZƏRBAYCANIN İGİD OĞLU ŞƏRAFƏDDİN XANKİŞİYEV!

 

Zəruri giriş: Xankişiyev Şərafəddin Sərdar oğlu 1982-ci ildə Astara rayonunun Hamoşam kəndində dünyaya göz açmışdır.


1988-ci ildə Astara rayonunun Şəhid Rəhman Babayev adına Hamoşam kənd məktəbinin birinci sinfinə getmiş, 1999-cu ildə həmin məktəbi bitirmişdir. 2000-ci ildə həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında yerinə yetirərək, 2002-ci ildə xidmətini baş çavuş rütbəsiylə başa vurmuşdur.


Nəhayət, 2003-cü ildə Heydər Əliyev adına Hərbi Məktəbin nəzdində olan Gizirlər kursuna imtahan verib, kursa daxil olmuş, 6 aylıq kursu bitirdikdən sonra 2023-cü ilə kimi Xüsusi Təyinatlı Qüvvələrin döyüş bölmələrində xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrində ümumi xidməti 22 il 9 ay olmuşdur.


2012-ci ildən 2016-cı ilə kimi dəfələrlə düşmən arxasında kəşfiyyat apararaq uğurlu döyüşlərdə iştirak etmişdir.


2016-cı il Aprel döyüşlərinun iştirakçısıdır.


2020-ci il 44 günlük Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Füzulinin azad olunmasında böyük qəhrəmanlıqlar göstərmişdi.


Müharibə bitsə, ermənilər məkrli niyyətlərindən əl çəkmirdilər. 2021-ci ildə Kəlbəcərin ərazi bütövlüyünün qorunmasında, sərhədlərin bərpasında iştirak etmişdir.


13.09.2022-ci ildə "Sarsıdıcı zərbə” döyüş tapşırığı.


Kəlbəcər ərazisində təxribat törətməyə çalışan düşmən təxribatının qarşısını alınmasında yüksək şücaət, igidlik göstərərək düşmənə böyük sarsıdıcı zərbələr endirir.


Düşmənin 1 ədəd Radio Elektron Mübarizə (REM) vasitəsi, "JİTEL" (dəyəri on milyon dollar olan kəşfiyyat texnikası) kəşfiyyat maşınını, 3 ədəd silahla dolu “Ural” maşınını və çox sayda canlı qüvvəsiniməhv etmişdi. İgidliklərinə görə Müdafiə Nazirliyi tərəfindən "Hərbi xidmətdə fərqlənmə"medalı ilə təltif edilmişdir.


Xankəndində məskunlaşmış erməni tör-töküntüləri, silahlı qurumları Azərbaycanın sülh təklifinə yox cavabı verməklə müqavimət göstərirdilər. Belə bir vaxtda Ali Baş Komandanımız İlham Əliyev "Antiterror əməliyyatı" keçirmək haqqında tapşırıq verir. 23 saat 50 dəqiqə ərzində ermənilərin bütün hərbi obyektləri darmadağın olunur və ağ bayraq qaldırmağa məcbur edilirlər. Bununla da Xankəndi və ətraf ərazilər tamamilə azad edilir. Ordumuz tam və qəti qələbəsini elan edir. Şərafəddin Xankişiyevinbu əməliyyatlarda misilsiz əməyi vardır. Düşmən arxasına iki nəfərlə keçərək 7 gün ərzindəordumuz üçün kəşfiyyat məlumatları toplayır.Düşmənin Xankəndiyə gedən gizli yolun üzərində düşmənin 10 yaxın postunu aşkar edərək koordinatı öz bölməsinə dəqiqliklə göndərir. Antiterrorun ilk dəqiqələrində həmin postlar dəqiqliklə məhv edilir. Müharibənin gedişatında bölmələrimizin ələ keçirə bilmədiyi düşmən postlarını öz silahı olan Faqut silahıyla zərbə endirərək sıradan çıxarmışdır. Bununla da erməni birləşmələrinin hərbi maşınlarının Azərbaycan ərazisində mövcudlığuna son qoyulmuşdur. Bu igidliyinə görə də Azərbaycan Prezident tərəfindən "Hərbi xidmətə görə” medalı ilə təltif edilmişdir. Döyüşlərdə dəfələrlə yaralanmasına baxmayaraq, ordu sıralarından yalnız 22 il 9 ay fasiləsiz xidmətdən sonra tərxis edilmişdir. Hal-hazırda təqaüddədir.


Təltifləri:


Respublika Prezidenti tərəfindən:


1. “Cəbrayılın azad olunmasına görə” (2021-ci il)


2. «Xocavəndin azad olunmasına görə”  (2021-ci il)


3. “Füzulinin azad olunmasına görə”  (2021-ci il)


4. «Cəsur döyüşçü” (2021-ci il)


5. “Hərbi xidmətə görə” (2023-cü il)


Azərbaycanın Baş Naziri tərəfindən:


1. “Müharibə iştirakçısı” medalı. (2021-ci il


Müdafiə naziri tərəfindən:


1. “Qüsursuz xidmətə görə” III dərəcəli medalı. 10 il


2. “Qüsursuz xidmətə görə” II dərəcəli medal. 15 il


3. Qüsursuz xidmətə görə I dərəcəli medalı. 20 il


4.Hərbi xidmətdə fərqlənməyə görə” I dərəcə. Il dərəcə. III dərəcəli medalları.


3. Azərbaycan Respublikasının 90, 95, 100 illiyi medalları.


Müdafiə Nazirliyi Veteranlar Şurası tərəfindən:


1. General Həzi Aslanov adına medalı.


Bununla igid, həmyerlimiz Şərafəddin Xankişiyev (Xanış ləqəbli) - qəhrəman oğlumuz haqqında qısa da olsa, məlumatı təqdim edərək sizin də tanıyıb-tanıtmağınışı istədim. Çünki belə igid oğulların, şəhidlərin qanı bahasına torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin etməyə nail olduq.


 

PS: Azərbaycanın igid oğlu Şərafəddin Xankişiyevin (kod adı Xanış) Vətən, torpaq, azadlıq naminə göstərdiyi fədakarlıqlar və qəhrəmanlıqlar haqqında geniş açıqlamanı yaxınlarda geniş oxucu kütləsinə təqdim edəcəyik. “Şeytanla əlbəyaxa” sənədli layihəsinin qəhrəmanlarından biri olan bu Vətən oğlunu hamı tanımalıdı. Onun keçdiyi ağır döyüş yolu gələcək nəslin vətənpərvər ruhda böyüməsinə bariz nümunələrdən biridir…

 

Hürü Hacızadə

Yazıçı-publisist, “Qızıl Qələm” mükafatçısı

 

Fərid Faiqoğlu

AJB-nin üzvü