Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Səhnənin inkişafına xidmət edən rəhbər – Gəncə Dövlət Milli Dram Teatrının direktoru Ədalət Hacıyev
Azərbaycan Ordusunun Şərəf Günü: YAP Səbail rayon təşkilatı hərbi hissədə 26 İyun – Silahlı Qüvvələr Gününü təntənə ilə qeyd etdi
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Mənim Komandirim olmuş Cəsarətli General
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili qoşunlar komandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Muradov İnqilab Heydər oğlu.
General-mayor Muradov İnqilab Heydər oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
"Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Vətən müharibəsində şərəfli döyüş yolu keçib".
1988-ci ildə keçmiş SSRİ Kamışınsk Ali Hərbi İnşaat Komandanlıq Məktəbini, 2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kurslarını bitirmişdir.
1988-1992-ci illərdə keçmiş SSRİ Müdafiə Nazirliyinin tərkibində müxtəlif vəzifələrdə, 1994-2018-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında mənzil-istismar xidmətinin rəisi, döyüş hazırlığı bölməsinin rəisi, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, Daxili Qoşunların Baş İdarəsində əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi - qərargah rəisinin müavini vəzifələrində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 aprel tarixli Sərəncamı ilə DİN-in Daxili Qoşunlarının qərargah rəisinin 1-ci müavini, 2021-ci il 29 dekabr tarixli Sərəncamı ilə Daxili qoşunlar komandanının müavini - Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, habelə xidməti vəzifələri və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusilə fərqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 2005-ci il 6 mart tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” və 2020-ci il 11 mart tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
General-mayor İnqilab Heydər oğlu Muradov.
Muradov İnqilab Heydər oğlu 1967-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olmuşdur. Uşaqlıq illərindən hərbiyə böyük maraq göstərib. Odur ki, 1984-1988-ci illərdə Rusiyanın Kamışinski Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb. 1993-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətini davam etdirir. Həmyerlimiz Muradov İnqilab Heydər oğlu Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olmuşdur.
Azərbaycan Respublikasının mərhum prezidenti Ümumilli lider Heydər Əliyevin 30 iyun 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində xüsusilə fərqləndiyinə, şücaət və igidlik göstərdiyinə görə "Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev İnqilab Muradovun nümunəvi xidmətini nəzərə alaraq onu 2007-ci ildə Bakı şəhərində mənzillə təmin edib.
İnqilab Muradov "Qüsursuz xidmətlərə görə”, "Hərbi xidmətlərə görə”, 2-ci və 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları ilə də təltif olunub.
Prezidentin sərəncamı ilə 2019-ci ilin mart ayında İnqilab Muradova general-mayor hərbi rütbəsi verilərək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavini təyin edilib.
10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər Paradında Daxili Qoşunların parad heyətinə general-mayor İnqilab Muradov başçılıq etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli Sərəncamı ilə “general-mayor” hərbi rütbəsi verilmişdir.
Dövlətə və dövlətçiliyə sadiq olan,hər kəsə yalnız qanunun və haqqın gözü ilə baxmağı bacaran "CƏNAB GENERAL" Səninlə Səni sevən hər kəs fəxr edir. General-mayor Inqilab Muradov Azərbaycanımızın fəxridir. Allah cansağlığı versin. Fəaliyyətində uğurlar arzulayıram. Dəyərli General’a şərəfli və məsuliyyətli işində uğurlar arzulayıram.
HÖRMƏTLƏ
ZALOV İMZA TV ALYANS’IN TƏSİSÇİSİ ( BEYNƏLXALQ HÜQUQ EKSPERTİ )
İSMAYIL ZALOV






















































