Xarici işlər naziri: "Azərbaycanda 124 İsrail şirkəti fəal iş və layihələr həyata keçirir"
İzmir Ədalət Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşına bəraət verilmişdir
Space TV də yayımlanan "Qarabağ Azərbaycandır!" verilişi bu dəfə qəhrəmanlar diyarı olan Beyləqana səfər etdi.
"Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİ
Sağlamlıqla oynayanlar, Susdurulan zərərçəkən və şübhə doğuran qərar: Prokurorluq nəyi gizlədir? FOTO/VİDEO
Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
Zəhmətkeş və məsuliyyətli rəhbər – Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami Sarıyev
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafında yol-nəqliyyat infrastrukturu mühüm strateji əhəmiyyət daşıyır. Rahat, təhlükəsiz və keyfiyyətli yollar insanların gündəlik həyatına, kənd təsərrüfatının inkişafına, turizm potensialının genişlənməsinə və ümumilikdə bölgələrin abadlaşmasına birbaşa təsir göstərir. Bu mühüm sahədə səmərəli fəaliyyəti ilə seçilən rəhbərlərdən biri də Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami Sarıyevdir.
Nizami Sarıyev uzun illər yol təsərrüfatı sahəsində qazandığı zəngin təcrübə, işinə məsuliyyətli yanaşması və prinsipial mövqeyi ilə tanınır. O, rəhbərlik etdiyi idarədə işin təşkili zamanı keyfiyyət, operativlik və təhlükəsizlik prinsiplərini əsas götürür. Nizami müəllim üçün hər bir yol sahəsi insanların həyat və sağlamlığı ilə birbaşa bağlı olan mühüm bir infrastruktur obyektidir. Bu səbəbdən görülən işlərin hər bir detalına xüsusi diqqətlə yanaşır.
Balakən rayonu dağlıq və dağətəyi relyefi, həmçinin sərt iqlim şəraiti ilə fərqlənir. Belə bir ərazidə yolların ilboyu işlək vəziyyətdə saxlanılması böyük zəhmət və peşəkarlıq tələb edir. Nizami Sarıyevin rəhbərliyi altında 15 saylı Yol İstismar İdarəsi bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlir. Qış aylarında yolların qardan və buzdan vaxtında təmizlənməsi, yaz və yay mövsümlərində isə cari və əsaslı təmir işlərinin aparılması daim onun nəzarətindədir.
Nizami Sarıyev Prezident cənab İlham Əliyevin ölkədə yol-nəqliyyat infrastrukturunun inkişafı, regionların abadlaşdırılması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində apardığı siyasəti hər zaman dəstəkləyir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Balakən rayonunda da yol təsərrüfatının müasir tələblər səviyyəsində qurulması üçün ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlər kənd və qəsəbələrin rayon mərkəzi ilə əlaqəsini möhkəmləndirir, insanların rahat hərəkətini təmin edir.
Nizami müəllimin rəhbərlik fəaliyyətində insan amilinə xüsusi yer verilir. O, kollektiv üzvlərinin əmək şəraitinə, sosial rifahına və təhlükəsizliyinə daim diqqət göstərir. Hər bir işçinin zəhmətini qiymətləndirir, onların problemlərinə həssaslıqla yanaşır. Bu münasibət idarədə sağlam iş mühitinin və qarşılıqlı hörmətə əsaslanan kollektiv münasibətlərin formalaşmasına səbəb olub. Nəticədə işçilər öz vəzifələrini daha böyük məsuliyyət və vicdanla yerinə yetirirlər.
Eyni zamanda, Nizami Sarıyev gənc kadrların peşəkar inkişafına xüsusi önəm verir. Gənclərin yol təsərrüfatı sahəsində bilik və bacarıqlarının artırılması, müasir texnikadan düzgün istifadə etmələri onun daim diqqət mərkəzindədir. Bu, gələcəkdə sahənin davamlı inkişafı üçün etibarlı kadr bazasının formalaşmasına xidmət edir.
Nizami müəllim yalnız işgüzar rəhbər deyil, həm də vətənpərvər, dövlətinə və xalqına bağlı bir ziyalıdır. O, dövlətçiliyə sədaqəti, qanunlara hörməti və məsuliyyətli mövqeyi ilə tanınır. Onun fəaliyyəti Balakən rayonunun yol təsərrüfatında aparılan işlərin keyfiyyətinə müsbət təsir göstərir, əhalinin məmnunluğunu artırır.
Bu gün Balakən rayonunda yolların vəziyyətinin yaxşılaşdırılması, nəqliyyatın təhlükəsiz və rahat təşkili 15 saylı Yol İstismar İdarəsinin və onun rəhbəri Nizami Sarıyevin əməyi nəticəsində mümkün olur. O, dövlətin etimadını doğruldan, kollektivin hörmətini qazanan nümunəvi rəhbər kimi tanınır.
Sonda Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami müəllim Sarıyevi və rəhbərlik etdiyi kollektivin bütün üzvlərini 2026-cı ilin gəlişi və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirik. Sizlərə möhkəm can sağlığı, ailə səadəti, məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar, dövlətimiz və xalqımız naminə gördüyünüz işlərdə davamlı nailiyyətlər arzulayırıq. Bayramınız mübarək!
Mehri Nur
Xüsusi müxbir























































