Menu
Xəbər Lenti
Aktrisalığa qayıda bilər
22-08-2026, 12:53

Aktrisalığa qayıda bilər

Sabah 36 dərəcə isti olacaq
20-08-2026, 12:54

Sabah 36 dərəcə isti olacaq

30 Dekabr 2025 08:50Manşet / İqtisadiyyat

Neftimiz ucuzlaşdı

 

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,05 ABŞ dolları və ya 1,6% azalaraq 65.57 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,62 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.