Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
Arslan Məhərrəmlinin beynəlxalq uğuru: Azərbaycanın elmi zəfəri Orlandodan dünyaya
Səma ilə yüksələn idarəçilik nümunəsi – “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev
İnvaziv Kardioloq Dr. Samir Abbasov – Elmi bilik, peşəkarlıq və insan sağlamlığına həsr olunmuş ömür
Qod Semyonoviç Nisanov – Azərbaycanlı vətənpərvər iş adamının uğur, xeyirxahlıq və dövlətə sədaqət salnaməsi
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
20 yanvar faciəsinə dünya miqyasında siyasi hüquqi qiymətin verilməsi Ulu Öndərimiz Heydər Əliyevin sayəsində olmuşdur-Könül Nəbizadə
Vətənpərvər iş adamı Fəxrəddin Bəşirov: “20 Yanvar – Qanla yazılan tarix, sönməyən azadlıq məşəli”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “20 Yanvar – Qanla yazılmış şərəf və qürur salnaməsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “20 Yanvar – Qanlı gecə və azadlıq yolu”
Pərvanə İmamquliyeva: “20 yanvar- Dilində Vətən andı, ruhunda Azadlıq sevdası olanların əziz xatirəsinə...”
Cəsarət və iradədən doğan qəhrəmanlıq dastanı – Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun əziz xatirəsinə hörmət və ehtiramla…
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
bp Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində Əşrəfi-Dan ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı Podratçı Tərəflər adından hazırlanıb və dərc edilib.
“Qafqazinfo” xəbər verir ki, sənəddə seysmik tədqiqat proqram üzrə təklif edilmiş fəaliyyətlərin xülasəsi verilir, bu fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri araşdırılır və tövsiyə edilən təsirazaltma və monitorinq tədbirləri təsvir edilir.
ƏMTQ prosesi təklif edilmiş işlərin nəticəsində yaranan hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini, minimuma endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.
ADUA layihəsi üzrə seysmik tədqiqat proqramına 2D yüksək dəqiqlikli (HR) seysmik tədqiqat daxildir. Qısa müddət üçün nəzərdə tutulmuş bu tədqiqatın 20 günədək davam edəcəyi planlaşdırılır. Tədqiqat ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edəcək. Proqramın 2026-cı ilin fevral və aprel ayları arasında suyun 20-40 metr dərinliyində aparılacağı planlaşdırılır. 2D HR seysmik tədqiqatda əsas məqsəd yerin təxminən 1 500 m dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına kömək etməkdir. Tədqiqat nəticəsində yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması ƏMTQ prosesinin mühüm hissəsidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin sənədləşdirilməsi, əsas maraqlı tərəflərin ümumi fikirlərinin layihələndirmə işlərində və ƏMTQ sənədində əksini tapmasını təmin edir.
ƏMTQ sənədinin və qeyri-texniki xülasənin layihə variantları bütöv olaraq Azərbaycan və ingilis dillərində hazırlanıb və aşağıdakı keçid və ya QR kodu vasitəsilə bp-nin veb-səhifəsindən əldə edilə bilər:

ADUA layihəsi üzrə seysmik tədqiqat proqramı üçün ƏMTQ sənədinin, həmçinin, qeyri-texniki xülasənin QR kodu və keçidi 26 dekabr 2025-ci il tarixindən həmin sənədləri ictimaiyyətin nəzərdən keçirməsi üçün aşağıdakı ünvanlarda yerləşdirilib:
· bp-nin Xəzər Mərkəzi Ofisinin qəbul şöbəsi, Neftçilər prospekti 153
· M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi 29
· Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elmi Kitabxanası, Hüseyn Cavid küçəsi 31
· Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti 20
· Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a
· Bakı Ali Neft Məktəbinin Kitabxanası, Kampus, yeni Salyan şossesinin 3-cü kilometri.
ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizim üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:
- doldurulmuş rəy formaları ilə birlikdə elektron məktubla [email protected] ünvanına və ya
- doldurulmuş rəy formaları ilə birlikdə poçt ilə AZ1010, Neftçilər prospekti 153, Port Baku, bp Xəzər Mərkəzinə göndərə və yaxud
- doldurulmuş rəy formalarını yuxarıda sadalanan ictimai yerlərdən istənilən birinə təqdim edə bilərsiniz.
ƏMTQ sənədinin açıqlanma müddəti 26 yanvar 2026-cı il tarixinədəkdir.
ƏMTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizi gözləyirik.























































