“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
27 dekabr 2025-ci il tarixində Fransanın paytaxtı Paris şəhərində, Four Seasons otelində Avropa Parlamentinin Gənclər Departamentinin İdarə Heyəti tərəfindən təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirin rəsmi açılış mərasimi keçirilib. Saat 11:30-da başlayan tədbir Avropa ölkələrinin gənclər siyasəti, idman vasitəsilə beynəlxalq dialoqun gücləndirilməsi və institusional əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunub.
Tədbirin açılış mərasimində çıxış edən Avropa Parlamentinin Gənclər Departamentinin İdarə Heyətinin sədr müavini Stoni Nikolaos Azərbaycan haqqında yüksək və diqqətçəkən fikirlər səsləndirib. O, çıxışında Azərbaycanın son illər beynəlxalq idman müstəvisində nümayiş etdirdiyi fəallığı, xüsusilə idman federasiyalarının Avropa strukturları ilə əməkdaşlığa açıq və sistemli yanaşmasını müsbət dəyərləndirib.
Stoni Nikolaos vurğulayıb ki, Avropa qurumları üçün idman yalnız fiziki hazırlıq deyil, eyni zamanda xalqlar arasında körpü rolunu oynayan strateji vasitədir. Bu baxımdan Azərbaycan Kung-Fu Federasiyasının fəaliyyəti nümunəvi hesab olunur. Onun sözlərinə görə, federasiyanın beynəlxalq tədbirlərdə nümayiş etdirdiyi təşkilati səviyyə və peşəkar idarəetmə Avropa idman dairələrində diqqətlə izlənilir.
Çıxış zamanı Azərbaycan Kung-Fu Federasiyasının Prezidenti Nurlan Aslanovun və I Vitse-Prezident Babək Əliyevin federasiyanın formalaşması və inkişafında oynadıqları rol xüsusi qeyd edilib. Bildirilib ki, onların rəhbərliyi altında federasiya yalnız idman nəticələrinə fokuslanmır, eyni zamanda beynəlxalq əlaqələrin qurulması, idman diplomatiyasının inkişafı və Avropa idman dəyərlərinə inteqrasiya istiqamətində ardıcıl fəaliyyət göstərir.
Avropa Parlamentinin nümayəndəsi eyni zamanda Federasiyanın Ümumi işlər üzrə Vitse-Prezidenti Ehram Məcidovun idarəetmə və təşkilati məsələlərdəki fəaliyyətini də müsbət qiymətləndirib. O, Ehram Məcidovun federasiyanın daxili strukturunun möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin koordinasiyası və institusional davamlılığın təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Stoni Nikolaos çıxışı zamanı federasiyada yeni təyinat almış Hakimlər Kollegiyasının rəhbəri Güloğlan Cabbarlı Məhərrəm oğlunun peşəkar təcrübəsinə də toxunub. O bildirib ki, hakimlik sisteminin şəffaflığı və beynəlxalq standartlara uyğunluğu idman federasiyalarının etibarlılığı baxımından əsas amillərdən biridir və bu istiqamətdə Güloğlan Cabbarlının fəaliyyəti perspektivli qiymətləndirilir.
Avropa Parlamentinin nümayəndəsi qeyd edib ki, 2026-cı il Avropa ilə Azərbaycan arasında idman sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağı il kimi nəzərdən keçirilir. Bu çərçivədə birgə layihələrin, beynəlxalq seminarların və qarşılıqlı təcrübə proqramlarının həyata keçirilməsi planlaşdırılır. Azərbaycan Kung-Fu Federasiyasının bu proseslərdə fəal tərəfdaş kimi iştirakı perspektivli hesab olunur.
Tədbirdə həmçinin federasiyaya yeni təyin olunmuş Beynəlxalq Hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru, Arhd.az saytının rəhbəri İsmayıl Zalovun fəaliyyəti də diqqət mərkəzində olub. Stoni Nikolaos onun beynəlxalq hüquq və institusional əməkdaşlıq sahəsindəki təcrübəsinin federasiyanın Avropa strukturları ilə münasibətlərinin hüquqi əsaslar üzərində möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Qeyd olunub ki, hüquqi mexanizmlərin düzgün qurulması beynəlxalq idman əməkdaşlığının davamlılığı baxımından əsas amillərdən biridir. Bu baxımdan Azərbaycan Kung-Fu Federasiyasının strukturlaşmaya və beynəlxalq standartlara uyğun fəaliyyətə verdiyi önəm Avropa tərəfdaşları tərəfindən müsbət qarşılanır.
Paris şəhərində keçirilən bu beynəlxalq tədbir Azərbaycan Kung-Fu Federasiyasının Avropa məkanında formalaşan müsbət imicinin möhkəmləndirilməsi, qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişafı və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilir. Tədbir zamanı səsləndirilən fikirlər göstərir ki, Azərbaycan idmanı, xüsusilə Kung-Fu sahəsi Avropa idman ailəsində öz mövqeyini daha da gücləndirməkdədir.
Məqaləni hazırladı:
Arhd.Az saytının Avropa üzrə müxbiri
Ramin Məmmədzadə























































