Xəbər Lenti
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 09:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Xaçmazda kikboksinq idman növü üzrə açıq birincilik keçirilib

Xaçmaz rayonunda "Narkomaniyaya Yox Deyək!" layihəsi çərçivəsində kikboksinq idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq birincilik keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilik Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birinciliyin təntənəli açılış mərasimində çıxış edənlər bu cür yarışların keçirilməsinin rayonda kikboksinq idman növünün inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulyıb. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbligi və zərərli vərdişlərin qarşısının alınmasında idmanın önəmli rolu olduğunu qey ediblər.
Xaçmaz Oliompiya İdman Kompleksində keçirilən yarışda Quba, Qusar və Xaçmaz rayonlarını təmsil edən 6 komandanın tərkibində 150 nəfərdən çox idmançı qalib adı uğrunda mübarizə aparıb. Müxtəlif çəki dərəcəsində olan idmançılar Beynəlxalq Kikboksinq Təşkilatının qaydalarına əsasən “Lou-Kik” stili üzrə yarışıb. Yarış Rayon Gənclər və İdman İdarəsi tərəfindən təyin edilmiş “Azad”Kikboksinq İdman Klubunun hakimləri tərəfindən idarə olunub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar Xaçmaz Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunub.























































