Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Əli Cəfərov: “Məqsədimiz Qarabağ döyüşlərinin yaddaşlarda dərin iz buraxmasına nail olmaqdır”
Masallıda General Polad Həşimov və şəhid fotolarından ibarət kompozisiyalı baner ucaldılıb.
Ulusestv.az xəbər verir ki, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin (İB) üzvləri Masallı rayonunun Qarğalıq kəndində Azərbaycan Ordusunun səngər generalı, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Polad Həşimovun fotosunun əhatəsində 44 günlük Vətən müharibəsində Qarğalıq ərazi nümayəndəliyindən şəhid olmuş Əzizov Elvin Əfrail oğlu, Hüseynov Rəfail Teymur oğlu və Xəlilov Gülşad Elşad oğlunun fotoları əks olunan baner vurublar. Banerdə Vətən müharibəsinin bir sıra detallarını əhatə edən kompozisiya əks olunmuşdur. Kompozisiyanın üzərində müharibənin əsas devizi olmuş, dövlət başçısı İlham Əliyev cənablarının qürurla söylədiyi “Qarabağ Azərbaycandır!” şüarı və masallılı şəhidlərin həyat və döyüş yolundan bəhs edən, İB sədri Əli Cəfərovun müəllifliyi ilə çap olunmuş “Qarabağ Səmasının Sönməyən Ulduzları” kitabının təsviri işlənilmişdir. Bir sıra döyüş komponentlərinin də şəkilləndirildiyi banerin vurulması prosesində kənd camaatından nümayəndələr iştirak etmiş, onlar da bu nümunəvi işlərə görə İB-in üzvlərinə öz minnətdarlıqlarını ifadə etmişlər.
İB-sədri Əli Cəfərovun jurnalistlərə verdiyi açıqlamada bildirmişdir ki, banerin qaldırılmasında məqsəd şəhidlərimizin müqəddəs ruhlarına ehtiram göstərilməsi ilə yanaşı, gənclərimizdə vətənpərvərlik tərbiyəsinin təbliğinə, milli ruhun yüksəldilməsinə xidmət etmək, həmçinin Qarabağ həqiqətlərinin yaddaşlarda daha dərindən iz buraxmasına yardımçı olmaqdır. Birlik sədri belə nümunələrin ölkəmizin bütün bölgə və kəndlərində yaradılmasının vacibliyini bildirmişdir. Şəhid ailələrinin təmsilçiləri də bu müqəddəs işə töhfə verdiklərinə görə İB üzvlərinə təşəkkür etmişlər.
Ulusestv.az
Bölgə müxbiri
Mərhəmət Lələyev



























































