Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
A Z Ə R B A Y C A N
Ayaqlayıb acgözlərin avazını azaltdın,
Aqillərdən , atalardan aldıqların az addı ?
Arzuların arxasınca addım atmaq azaddır ,
Azərbaycan !
Adamlığın atanların atmacası acılı,
Aqibətin açarları ağıllardan asılı…
Apardığın axtarışlar aydınlığa açılır,
Azərbaycan !
Allahsızlar anlaşaraq addım-addım ayırdı,
Ariflərin arasında Araz adı ayrıdı…
Azadlığı alışdıran acılardı , ağrıdı,
Azərbaycan !
Ayaq açan amansızlar atışmanın ardında,
Ağlaşdılar aslanların ayağının altında …
Ancaq adın alovlanır adamların andında,
Azərbaycan !
Arxe(o)loji axtarışlar aparılsa açıqda ,
Arxivləri azdıranlar ağlayarlar acıqdan…
Antik adam addımları abidədir Azıxda,
Azərbaycan !
Abidləri aydınlığa alışdıran Azandı…
Avropaya, Asiyaya ayaq acmaq asandı,
Ad-sanından asilərin ağılları azandı ,
Azərbaycan !
Anasından ayrılanı axtarasan, artasan
Araz adlı azarını arxayınca atasan…
Alışmağa aludəsən, alovlarla adaşsan ,
Azərbaycan !
Yaşar Həsənli























































