Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
İş adamından möhtəşəm addım...

Bildiyimiz kimi müqəddəs və mübarək Qurban bayramı bütün müsəlman ölkələrində yüksək səviyyədə qeyd edilir. Tanınmış İş adamı və Xeyriyyəçi Səfər Əlirzayev hər il olduğu kimi bu ildə müqəddəs Qurban bayramı münasibəti ilə Nehrəm kəndində olub. İş adamı tərəfindən Şəhid ailələrinə, Qazilərə, müharibə iştirakçılarına və aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilib. Səfər Əlirzayev tərəfindən Qurbanlar kəsilmiş və ümumilikdə 2000 min ailəyə Qurban payı göndərilmişdir. İş adamı Səfər Əlirzayev bayramla bağlı Güznüt qəsəbəsində olan Şəhid leytenant Əliyev Ramil Qurban oğlunun məzarını, Nehrəm Şəhidlər Xiyabanını və İmamzadə türbəsini ziyarət etmişdir. Ziyarət əsnasında, Şəhid ataları, Xalq artisti Samir Cəfərov, həmkəndlimiz Səftər Hacıyev, Nehrəm ağsaqalları Qadir Əliyev, Nəsir Nemətov və din xadimi Hacı Səməd iştirak etmişdir. Ziyarətlər zamanı Şəhidlərimizin ruhuna müqəddəs Qurani Kərimdən ayələr oxunmuşdur.























































