Xəbər Lenti
Dünən, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
11-11-2026, 14:01
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
10-11-2026, 21:07
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
10-11-2026, 14:12
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
10-11-2026, 11:05
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
9-11-2026, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
9-11-2026, 17:48
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını və ölkəmizdən kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ən səmimi arzu və diləklərini çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir.
Azərbaycan xalqının əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçildiyinin, ən mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini qoruyub saxladığının vurğulandığı təbrikdə daha sonra deyilir: “Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.
Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin ehtiramla yad edir, onlara Uca Yaradandan rəhmət, yaxınlarına səbir diləyirəm”.
Prezident ümidvar olduğunu bildirib ki, edilən dua və niyyətlər Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram da xalqımıza xas xeyirxahlığın, şəfqət və mərhəmətin təntənəsinə çevrilərək, cəmiyyətimizdə milli-mənəvi həmrəylik ovqatını daha da gücləndirəcək.
“Qoy müqəddəs Qurban bayramı ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin”, - deyə təbrikdə qeyd olunur.























































