Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə neftçilərə diqqət və qayğı
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Shirvan Operating Company Ltd” Şirkətinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən bir qrup fədakar neftçi əməkdaş mükafatlandırılıb. Bayram ovqatında keçirilən tədbirdə istehsalat sahəsində uzun illər səmərəli fəaliyyət göstərən, peşəkarlığı və məsuliyyəti ilə seçilən işçilərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib. Bu təşəbbüs əmək adamlarına göstərilən diqqət və qayğının, onların zəhmətinə verilən yüksək dəyərin bariz nümunəsidir.
Tədbir zamanı vurğulanıb ki, neftçilər ölkəmizin iqtisadi inkişafında, enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. Onların gecə-gündüz demədən göstərdikləri əzmkar fəaliyyət, kollektiv həmrəylik və peşəkar yanaşma “Shirvan Operating Company Ltd”nin uğurlarının əsasını təşkil edir. Həmkarlar İttifaqı Komitəsi tərəfindən təqdim olunan fəxri fərmanlar məhz bu fədakar əməyin qiymətləndirilməsi məqsədi daşıyır.
Bayram münasibətilə çıxış edən təşkilat nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birliyimizin, ortaq dəyərlərimizin və güclü dövlətçilik ənənələrimizin rəmzi olduğunu qeyd ediblər. Yeni ilin gəlişi isə hər birimiz üçün yeni ümidlər, yeni hədəflər və yeni nailiyyətlər deməkdir. Bu baxımdan, belə tədbirlər kollektivdə ruh yüksəkliyi yaradır, əməkdaşların gələcək fəaliyyətinə stimul verir.
Sonda bütün neftçilər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edilib, yeni ildə vətənimizə əmin-amanlıq, hər bir əməkdaşa möhkəm cansağlığı, ailələrinə xoşbəxtlik, işlərində isə davamlı uğurlar arzulanıb. Bayramın hər kəsə sevinc, firavanlıq və bol nailiyyətlər gətirməsi dilənib. Bayramınız mübarək olsun!
Mənbə: https://www.facebook.com/taleh.mamedov.94651



































































































