Menu
Xəbər Lenti
YOLUMUZ BÖYÜK TURANADIR
21-05-2022, 09:35

YOLUMUZ BÖYÜK TURANADIR

YAŞADAN YAŞAYIR
20-05-2022, 19:55

YAŞADAN YAŞAYIR

Bakıda qadın özünü asıb
18-05-2022, 07:51

Bakıda qadın özünü asıb

30 apr 14:37Gündəm / Sosial / Bölgə

“Qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsində nəzərdə tutulan maarifləndirici görüşlər keçirildi

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadın hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsində nəzərdə tutulan maarifləndirici görüşlər artıq sona yetirildi.
Belə ki, layihənin fəaliyyət planına əsasən Qusar rayonun 10 (on) məntəqəsində müxtəlif təbəqədən olan insanlarla görüşlər təşkil olundu.
Görüşlər zamanı “Qusarda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri və layihənin rəhbəri, layihənin eksperti, layihənin məqsədi və layihədən gözlənilən nəticələr haqqında məlumat verərək layihənin ödəmindən danışdı, iştirakçıların suallarını geniş şəkildə cavablandırdı.
Layihə çərçivəsində qarşıya qoyulan əsas vəzifə və məqsəd isə qadınların öz hüquqlarını bilməmələri səbəbindən yaranan gender zəmnindən məişət zorakılığı hallarını aradan qaldırmaq üçün icma daxili mexanizmlərə dəstək göstərmək, onları gücləndirmək, dövlət qurumlarına olan inamı artırmaqla münasibətlərdə geniş dəyişikliyə nail olmaqdan ibarətdir.
Ümumilikdə layihə çərçivəsində 213 (iki yüz on üç) nəfər hüquq maarifləndirmə tədbirlərində iştirak edərək layihədən bəhrələnmişdir.
Fərid Faiqoğlu
AJB-nin üzvü