Xəbər Lenti
Dünən, 15:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Dünən, 12:58
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Dünən, 12:48
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Dünən, 12:27
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
25-08-2026, 21:32
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
25-08-2026, 21:18
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
25-08-2026, 21:08
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
25-08-2026, 15:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
25-08-2026, 14:53
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
24 Fevral 2023 21:47Cəmiyyət
Son aylarda İrandan idxal edilən bitkiçilik məhsullarında zərərli orqanizmlər müəyyən olunub
“Best Supply Company” MMC-nin fevralın 21-də İran İslam Respublikasından idxal etdiyi 19 min 400 kiloqram portağal məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm – Sitrus tristeza virusu aşkarlanıb. Analoji hallar son aylarda İrandan ölkəmizə idxal edilən bir sıra bitkiçilik məhsullarında da müəyyən olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aşkar olunmuş bütün hallarla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina olunması və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib. Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilib. Bu sahədə nəzarət tədbirləri daha da gücləndirilib və zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Sitrus tristeza virusu fitosanitar baxımından karantin statusuna görə böyük risk daşıyır və respublika ərazisində aşkar edilməyən karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına (A1) daxildir. Virusun əsasən naringi, portağal, limon, qreypfrut, laym və s. sitrus bitkilərində aşkar edilib.
Həmin virus sitrus bitkilərinin karantin tətbiq edilən təhlükəli virusu olmaqla həmin bitkilərdə əhəmiyyətli iqtisadi itkilərə səbəb olur. Sitrus tristeza virusu Asiya mənşəli olub sitrus bitkiləri becərilən əksər ölkələrdə yayılıb. Virus bitkilərdə yarpaq ayasının saralmasına, rənginin solğunlaşmasına, damarların şəffaflaşmasına və xloroza, meyvələrdə deformasiyaya, cırlaşmaya və əmtəəlik görünüşünün itirilməsinə səbəb olur. Sirayətlənmiş bitkilərin gövdələrində şişkinliklər, qabığın altında balıq dişi formasında çıxıntılar, xüsusilə turşuluğu çox olan portağal növlərində tumurcuq topasının aşağısında qabarmalar və qabıq üzərində kiçik dəliklərin əmələ gəlməsi müşahidə edilir. Yazda bitkilərin qısa müddətdə solması, yarpaqlarının tökülməsi, cırlaşması və zəifləməsi Sitrus tristeza virusunun ən mühüm əlamətlərindəndir. Güclü sirayətlənmə zamanı virus bitkinin tamamilə qurumasına səbəb olur.
Beynəlxalq ticarətdə Sitrus tristeza virusunun əsas yayılma yolu əkin materialı və meyvədir. Sahə daxilində virusun yayılmasının başlıca səbəbi sorucu həşəratlar hesab olunur. Virus sirayətlənmiş bitkilərdən sağlam bitkilərə mənənə növləri tərəfindən asanlıqla daşınır. Virusun sahib bitkilərində əlamətlər müxtəlif olub ətraf mühit şəraitindən asılı olaraq dəyişir. Bəzən virus zəif inkişaf edir və bir çox sitrus növlərinə nəzərə çarpacaq təsir göstərmir. Sitrus bitkilərindən naringi Sitrus tristeza virusuna qarşı daha dözümlü hesab olunur.
Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, İran İslam Respublikasından idxal edilən portağal məhsullarında aşkarlanan Sitrus tristeza virusu Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə respublika ərazisində aşkar edilməyən karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına (A1) daxildir və yüksək fitosanitar risk daşıyır.