Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

21 Tem 19:10Manşet / Cəmiyyət

“Azərbaycanın başlatdığı enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir”

 “Azərbaycanın başlatdığı enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir”

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var.
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Azərbaycana səfəri və bu səfər çərçivəsində Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memarondumunun imzalanması ilə Aİ-nin Azərbaycanı özünə əsas enerji tərəfdaşı seçməsinin göstəricidir. Bu sənədin nəticəsində Azərbaycanın Avropanın enerji təminatını ödəməsi istiqamətində yeni səhifə açıldı. Memarondumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsidir
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilib.
Dövlətimizin başçısı Avropa Komissiyasının Prezidentini qarşıladı.
Dövlətimizin başçısı bəyanatla çıxış edib.
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksələn dinamika ilə inkişaf edir. Bu münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2022-ci il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. Prezident cənab İlham Əliyev bəyanatında bildirib ki, 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir. Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Öncə neft hasilatı sonra, qaz hasilatı baş verdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. Gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır.İmzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir. Planlaşdırılmış bütün məsələlər icra olunub. Şəbəkələrin qurulması əsas məsələlərdən biridir. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularla birləşdirən dəmir yolları var. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Ticari dövriyyənin artırılması xalqlarımızın rifahı naminədir.
Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Hazırki siyasi çərçivədə iki tərəfin əlaqələrinin əsas kökünü təşkil edən “Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd mövcuddur. Sənəd 2018-ci il iyul ayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının həmin vaxtkı Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb. Ümumilikdə Azərbaycanla Aİ arasında bir çox sənədlər imzalanıb. 2021-ci ilin dekabr ayında isə qarşılıqlı razılıq əsasında “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd 2024-cü ilədək uzadılıb.Bu da münasibətlərimizin inkişafı istiqamətində çox mühüm addımdır. Ümumilikdə, bu sənədə uyğun olaraq ən vacib məqamlardan biri də odur ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyini götürərək gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu məhz Aİ-yə üzv dövlətlərinin payına düşür. Azərbaycan-Aİ arasında enerji sahəsində çox böyük əməkdaşlıq layihələri həyata keçirilir. Biz buna misal olaraq, 2006-cı ildə Brüsseldə imzalanmış Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu, 2011-ci ildə Bakıda imzalanmış Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni göstərə bilərik. Bundan əlavə, 2018-ci ildə qəbul edilmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədində 4 prioritet əməkdaşlıq istiqamətindən biri kimi bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti təsbit olunub. 2021-ci ilin dekabr ayında qarşılıqlı razılıq əsasında Tərəfdaşlıq Prioritetləri 2024-cü ilədək uzadılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ildə Cənub Qaz Dəhlizi layihəsinin icrası məsələlərinin əlaqələndirilməsi məqsədi ilə layihə iştirakçıları və tərəfdaş dövlətlərin enerji nazirlərindən ibarət Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılıb və müxtəlif zamanlarda 8 iclas keçirilib. Beləliklə, qarşıda duran prioritetlər müəyyənləşdirilib. Eyni zamanda biz bilirik ki, 2020-ci ilin dekabr ayının sonunda TAP layihəsinin işə düşməsi ilə Azərbaycan qazının Qərbə verilməsi təmin edilib.
Azərbaycan öz enerji ehtiyatlarını dünya bazarına çıxarmaqla ölkənin davamlı inkişafı üçün mühüm bazis yaratdı, eyni zamanda beynəlxalq münasibətlərdə mühüm aktora çevrilməyə başladı. Dahi siyasətçi Heydər Əliyevin enerji strategiyasının bir hissəsi olaraq gerçəkləşən “Üç dənizin əfsanəsi” – Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi və ulu öndərin bir neçə onilliklər üçün hesablanmış enerji siyasətinin uğurla davam etdirilməsinin sayəsində bu gün Azərbaycan nəinki Avropanın enerji təminatında mühüm rol oynayır, bu layihə, eyni zamanda, ölkəmizə böyük iqtisadi və siyasi dividendlər qazandırır.