Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Dəqiqədə 700 min dollardan çox qazanıblar…
İran-ABŞ gərginliyi və Hörmüz boğazındakı qeyri-müəyyənlik qlobal enerji bazarlarını silkələsə də, dünyanın ən böyük neft şirkətləri ilin ikinci rübündə rekord gəlirlər açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, “The Guardian” qəzetinin apardığı analitikaya görə, dünyanın səkkiz ən böyük açıq səhmdar neft şirkəti ikinci rübdə ümumilikdə təxminən 93 milyard dollar xalis mənfəət əldə edib.
Bu isə şirkətlərin orta hesabla hər dəqiqə 700 min dollardan çox qazanc götürdüyünü göstərir.
Təhlildə bildirilir ki, Yaxın Şərqdəki gərginlik, İran-ABŞ qarşıdurması və neft tədarükü ilə bağlı narahatlıqlar enerji qiymətlərinə təsir göstərib və bu da böyük neft şirkətlərinin maliyyə nəticələrində öz əksini tapıb.
Məlumata əsasən, ikinci rübdə ən yüksək mənfəət əldə edən şirkət Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” olub. Şirkətin bu dövrdəki xalis mənfəəti 33 milyard dolları ötüb.
Bununla yanaşı, “ExxonMobil”, “Chevron”, “Shell”, “bp”, “TotalEnergies”, “Eni” və “Equinor” da yüksək maliyyə nəticələri açıqlayıb. Xüsusilə “Shell” şirkətinin mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb.
Neft bazarlarının diqqəti, əsasən, Hörmüz boğazındakı vəziyyətə yönəlib.
Qeyd edək ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Omanla aparılan danışıqların son mərhələyə çatdığını və boğazdan istifadə üçün 2-4 ay müddətinə nəzərdə tutulan müvəqqəti marşrutun müzakirə edildiyini bildirib.
Qəribabadi Hörmüz boğazının tam açılmasının ABŞ-nin atacağı addımlardan asılı olduğunu qeyd edib.
Dünyanın ən mühüm neft tranzit yollarından biri sayılan Hörmüz boğazında baş verən hər hansı dəyişiklik qlobal enerji qiymətlərinə birbaşa təsir edir.
“The Guardian”ın təhlilində vurğulanır ki, istehlakçılar yüksək enerji qiymətləri və iqtisadi təzyiqlərlə üzləşdiyi bir vaxtda neft şirkətlərinin rekord mənfəət açıqlaması tənqidlərə səbəb olub.
Ətraf mühit təşkilatları bu şirkətlərə əlavə vergi tətbiq olunmasını və əldə edilən gəlirlərin iqlim dəyişikliyi ilə mübarizəyə yönəldilməsini tələb edirlər.
Bəzi şirkətlərin isə bərpa olunan enerji layihələrinə investisiyaları azaltdığı və yenidən neft-qaz sektoruna diqqəti artırdığı bildirilir.























































