Həbsdə olan baş redaktor Habil Vəliyev sərrast cavabına görə Mehriban Əliyevaya təşəkkür etdi
Peşəkarlığın və insanpərvərliyin ünvanı – Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova
Gürcüstan XİN başçısı: "Azərbaycan-Ermənistan üzərindən yeni yolların tikintisi region üçün müsbət haldır"
“Müqəddəs Ramazan” ayının gəlişi münasibətilə Azərbaycan xalqına və dövlət rəhbərliyinə səmimi təbrik
İş adamı Sahil İmanov: 2026–2030-cu illərdə xarici investisiya axını iqtisadi artımı sürətləndirəcək
Qəhrəmanın yolu və ya azadlığa gedən yolun fəlsəfi traktatı
Vətənin igid oğlu, Xüsusi Təyinatlı Qüvvələrin giziri, canlı əfsanə Şərafəddin Xankişiyevin keçdiyi döyüş yoluna həsr olunmuş kitabdan bir ləçək...
Qəhrəmanlıq anlayışı tarix boyu müxtəlif dövrlərdə fərqli mənalar kəsb edib. Bəzən o, miflərin dumanlı zirvələrində, bəzən salnamələrin quru sətirlərində, bəzən də adi insanların səssiz, lakin möhtəşəm fədakarlıqlarında təcəssüm tapıb. Amma bir həqiqət dəyişməz qalıb: qəhrəmanlıq hər zaman azadlığa gedən yolun özüdür. Bu yol təkcə fiziki məkanlardan keçmir, o, insanın vicdanından, iradəsindən, qorxularından və ümidlərindən keçir. Məhz bu mənada Şərafəddin Xankişiyevin həyatı və mübarizəsi bir fərdin taleyindən daha artıqdır – o, bir fəlsəfənin, bir mənəvi məktəbin, bir millətin azadlıq ideyasının canlı ifadəsidir.
Azadlıq heç vaxt asan əldə olunmur. O, rahatlıqla deyil, məsuliyyətlə ölçülür. Qəhrəman isə bu məsuliyyəti çiyinlərinə götürən insandır. Şərafəddin Xankişiyev də məhz belə insanlardandır. Onun yolu sadəcə döyüş meydanlarından keçən fiziki bir yol deyil; bu, daxili mübarizənin, mənəvi möhkəmliyin və sarsılmaz inamın yoludur. Bu yolun hər addımında Vətən sevgisi, torpaqla ruhun vəhdəti, şəhidlərin səssiz çağırışı var... Bu imanın yoludur.
İnsan harada qəhrəmana çevrilir? Bəlkə də bu sualın cavabı bir anın içində gizlidir. Elə bir an ki, insan öz şəxsi rahatlığını kənara qoyur və “mən”dən “biz”ə keçid edir. Şərafəddin Xankişiyevin həyat yolunda bu keçid aydın görünür. O, Vətəni anlayış kimi deyil, canlı varlıq kimi sevənlərdəndir. Torpaq onun üçün sadəcə coğrafiya deyil, tarixdir, yaddaşdır, ana laylasıdır, şəhid məzarları üzərində dalğalanan bayraqdır. Bu sevgi romantik deyil, məsuliyyətlidir; pafoslu deyil, sədaqətlidir. Bu Milli Qəhrəman Pəncəli Teymurovdur. Bu azadlığa içilən andır.
Qəhrəmanlıq çox vaxt səssizlikdə doğulur. Səs-küylü tribunalar, gur alqışlar, parlaq titul və adlar sonradan gələ bilər. Amma qəhrəmanın əsas xüsusiyyəti seçim anında üzə çıxır. Şərafəddin Xankişiyev bu seçimi etmiş insandır. O, təhlükənin qarşısında geri çəkilməyi deyil, irəli addımlamağı seçib. Bu seçim onun taleyini deyil, bir çoxlarının taleyini dəyişən seçimlər silsiləsinin başlanğıcı olub.
Fəlsəfə deyir ki, insan azadlığı seçmək cəsarətindədir. Azadlıq isə hər şeydən əvvəl daxili azadlıqdır. Şərafəddin Xankişiyevin yolunda bu daxili azadlıq açıq şəkildə hiss olunur. O, qorxunun əsiri olmayıb, şübhələrin içində itib-batmayıb. Əksinə, o, qorxunu məsuliyyətə, şübhəni isə əqidəyə çevirə bilib. Bu çevrilmə qəhrəmanın əsas fəlsəfi mahiyyətidir. Zəmanəmizin qəhrəmanıdır.
Vətən müharibələri yalnız silahların toqquşması deyil, dəyərlərin toqquşmasıdır. Bir tərəfdə işğal, zor və inkar dayanırsa, digər tərəfdə haqq, ədalət və ləyaqət dayanır. Şərafəddin Xankişiyevin təmsil etdiyi tərəf məhz bu dəyərlərin tərəfidir. Onun mübarizəsi şəxsi qisasın deyil, tarixi ədalətin bərpasının mübarizəsidir. Bu mübarizə bir nəslin yox, nəsillərin taleyini müəyyən edən mübarizədir.
Zəruri giriş: Xankişiyev Şərafəddin Sərdar oğlu 1982-ci ildə Astara rayonunun Hamoşam kəndində dünyaya göz açmışdır.
1988-ci ildə Astara rayonunun Şəhid Rəhman Babayev adına Hamoşam kənd məktəbinin birinci sinfinə getmiş, 1999-cu ildə həmin məktəbi bitirmişdir. 2000-ci ildə həqiqi hərbi xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında yerinə yetirərək, 2002-ci ildə xidmətini baş çavuş rütbəsiylə başa vurmuşdur.
Nəhayət, 2003-cü ildə Heydər Əliyev adına Hərbi Məktəbin nəzdində olan Gizirlər kursuna imtahan verib, kursa daxil olmuş, 6 aylıq kursu bitirdikdən sonra 2023-cü ilə kimi Xüsusi Təyinatlı Qüvvələrin döyüş bölmələrində xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrində ümumi xidməti 22 il 9 ay olmuşdur.
2012-ci ildən 2016-cı ilə kimi dəfələrlə düşmən arxasında kəşfiyyat apararaq uğurlu döyüşlərdə iştirak etmişdir.
2016-cı il Aprel döyüşlərinun iştirakçısıdır.
2020-ci il 44 günlük Vətən müharibəsində Cəbrayıl, Xocavənd, Füzulinin azad olunmasında böyük qəhrəmanlıqlar göstərmişdi.
Müharibə bitsədə, ermənilər məkrli niyyətlərindən əl çəkmirdilər. 2021-ci ildə Kəlbəcərin ərazi bütövlüyünün qorunmasında, sərhədlərin bərpasında iştirak etmişdir.
13.09.2022-ci ildə "Sarsıdıcı zərbə” döyüş tapşırığı.
Kəlbəcər ərazisində təxribat törətməyə çalışan düşmən təxribatının qarşısını alınmasında yüksək şücaət, igidlik göstərərək düşmənə böyük sarsıdıcı zərbələr endirir.
Düşmənin 1 ədəd Radio Elektron Mübarizə (REM) vasitəsi, "JİTEL" (dəyəri on milyon dollar olan kəşfiyyat texnikası) kəşfiyyat maşınını, 3 ədəd silahla dolu “Ural” maşınını və çox sayda canlı qüvvəsiniməhv etmişdi. İgidliklərinə görə Müdafiə Nazirliyi tərəfindən "Hərbi xidmətdə fərqlənmə"medalı ilə təltif edilmişdir.
Xankəndində məskunlaşmış erməni tör-töküntüləri, silahlı qurumları Azərbaycanın sülh təklifinə yox cavabı verməklə müqavimət göstərirdilər. Belə bir vaxtda Ali Baş Komandanımız İlham Əliyev "Antiterror əməliyyatı" keçirmək haqqında tapşırıq verir. 23 saat 50 dəqiqə ərzində ermənilərin bütün hərbi obyektləri darmadağın olunur və ağ bayraq qaldırmağa məcbur edilirlər. Bununla da Xankəndi və ətraf ərazilər tamamilə azad edilir. Ordumuz tam və qəti qələbəsini elan edir. Şərafəddin Xankişiyevinbu əməliyyatlarda misilsiz əməyi vardır. Düşmən arxasına iki nəfərlə keçərək 7 gün ərzindəordumuz üçün kəşfiyyat məlumatları toplayır.Düşmənin Xankəndiyə gedən gizli yolun üzərində düşmənin 10 yaxın postunu aşkar edərək koordinatı öz bölməsinə dəqiqliklə göndərir. Antiterrorun ilk dəqiqələrində həmin postlar dəqiqliklə məhv edilir. Müharibənin gedişatında bölmələrimizin ələ keçirə bilmədiyi düşmən postlarını öz silahı olan Faqut silahıyla zərbə endirərək sıradan çıxarmışdır. Bununla da erməni birləşmələrinin hərbi maşınlarının Azərbaycan ərazisində mövcudlığuna son qoyulmuşdur. Bu igidliyinə görə də Azərbaycan Prezident tərəfindən "Hərbi xidmətə görə” medalı ilə təltif edilmişdir. Döyüşlərdə dəfələrlə yaralanmasına baxmayaraq, ordu sıralarından yalnız 22 il 9 ay fasiləsiz xidmətdən sonra tərxis edilmişdir. Hal-hazırda təqaüddədir.
Təltifləri:
Respublika Prezidenti tərəfindən:
1. “Cəbrayılın azad olunmasına görə” (2021-ci il)
2. «Xocavəndin azad olunmasına görə” (2021-ci il)
3. “Füzulinin azad olunmasına görə” (2021-ci il)
4. «Cəsur döyüşçü” (2021-ci il)
5. “Hərbi xidmətə görə” (2023-cü il)
Azərbaycanın Baş Naziri tərəfindən:
1. “Müharibə iştirakçısı” medalı. (2021-ci il
Müdafiə naziri tərəfindən:
1. “Qüsursuz xidmətə görə” III dərəcəli medalı. 10 il
2. “Qüsursuz xidmətə görə” II dərəcəli medal. 15 il
3. “Qüsursuz xidmətə görə” I dərəcəli medalı. 20 il
4.“Hərbi xidmətdə fərqlənməyə görə” I dərəcə. Il dərəcə. III dərəcəli medalları.
3. “Azərbaycan Respublikasının 90, 95, 100 illiyi” medalları.
Müdafiə Nazirliyi Veteranlar Şurası tərəfindən:
1. General Həzi Aslanov adına medalı.
Bununla igid, həmyerlimiz Şərafəddin Xankişiyev (Xanış ləqəbli) - qəhrəman oğlumuz haqqında qısa da olsa, məlumatı təqdim edərək sizin də tanıyıb-tanıtmağınışı istədim. Çünki belə igid oğulların, şəhidlərin qanı bahasına torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin etməyə nail olduq.
Ölüm-sonun başlanğıcı
Qəhrəmanlıq bəzən ölümə yaxın olmaq deməkdir, amma heç vaxt ölümü sevmək demək deyil. Əsl qəhrəman həyatı sevdiyi üçün mübarizə aparır. Şərafəddin Xankişiyev də həyatı sevən, amma ləyaqətsiz həyata razı olmayan insan obrazıdır. Onun üçün yaşamaq sadəcə nəfəs almaq deyil, mənalı yaşamaqdır. Bu mənanın adı isə Vətəndir, torpaqdır, namusdur, qeyrətdir…
Azadlığa gedən yol çox vaxt qurban tələb edir. Bu qurban bəzən gənclikdir, bəzən ailə rahatlığıdır, bəzən isə həyatın özüdür. Qəhrəman bu qurbanı verərkən ticarət aparmır. O, “əvəzində nə alacağam?” sualını vermir. Şərafəddin Xankişiyevin yolu da bu mənada safdır. Onun əməli mənfəət üzərində qurulmayıb, əqidə üzərində qurulub. Əqidə isə ən möhkəm qaladır.
Publisistika faktla duyğunun, düşüncə ilə çağırışın qovuşduğu yerdir. Şərafəddin Xankişiyev haqqında yazmaq həm də cəmiyyətə bir güzgü tutmaqdır. Bu güzgüdə biz özümüzü görürük: qorxularımızı, ümidlərimizi, məsuliyyətimizi. Qəhrəman cəmiyyətin vicdanıdır. O, hamının edə bilmədiyini etdiyi üçün yox, hamının etməli olduğunu xatırlatdığı üçün qəhrəmandır.
Tarix göstərir ki, millətləri yaşadan təkcə iqtisadi güc və ya siyasi institutlar deyil. Millətləri yaşadan mənəvi dayaqdır. Bu dayaq isə qəhrəmanlar vasitəsilə möhkəmlənir. Şərafəddin Xankişiyev bu mənəvi dayaqlardan biridir. Onun adı bir bioqrafiya faktı olmaqdan çıxaraq, dəyərə çevrilir. Bu dəyər gələcək nəsillərə ötürüləcək bir mənəvi mirasdır, örnəkdir.
Qəhrəmanın yolu heç vaxt düz xətt olmur. Bu yolda tərəddüdlər, ağrılar, itkilər var. Amma bu yolun sonunda azadlıq dayanır. Azadlıq təkcə torpağın azadlığı deyil, ruhun azadlığıdır. Şərafəddin Xankişiyevin yolu bu iki azadlığın vəhdətini ifadə edir. O, həm torpağı, həm də insanın ləyaqətini müdafiə edənlərdəndir.
Bu traktat bir nəticə ilə bitməməlidir, çünki qəhrəmanın yolu bitmir. O yol davam edir – xatirələrdə, nümunələrdə, gənclərin baxışlarında, Vətən anlayışında. Şərafəddin Xankişiyevin adı çəkiləndə təkcə bir insan yox, bir yol xatırlanır: azadlığa gedən yol. Bu yol çətindir, amma şərəflidir. Bu yol təhlükəlidir, amma mənalıdır. Bu yolun fəlsəfəsi isə sadə və dərindir: Vətən varsa, mən varam; Vətən yoxdursa, heç nə yoxdur.
Və məhz buna görə Şərafəddin Xankişiyev zəmanəmizin qəhrəmanıdır. O, tarix kitablarının gələcək səhifələrinə yazılan adlardan biridir. Amma daha önəmlisi odur ki, o, insanların qəlbinə yazılıb. Qəlblərdən silinməyən ad isə əsl qəhrəman adıdır.
Qəhrəmanlıq anlayışının fəlsəfəsi və zamanla imtahanı
Bu mənada Şərafəddin Xankişiyev müasir qəhrəman tipinin parlaq nümunəsidir. O, pafoslu şüarların deyil, dərin əqidənin daşıyıcısıdır. Onun qəhrəmanlığı səs-küylü tribunalar üçün deyil, tarix və vicdan üçün formalaşıb. Çünki həqiqi qəhrəmanlıq zamanın sınağından çıxan dəyərdir.
Vətən təkcə xəritədə çəkilən sərhədlər deyil. Vətən insanın özünü tapdığı məkandır. Uşaq vaxtı eşidilən layla, ilk addım atılan torpaq, valideynlərin dua etdiyi ev, şəhid məzarları üzərində dalğalanan bayraq – bütün bunlar Vətənin mənəvi konturunu yaradır.
Şərafəddin Xankişiyev üçün Vətən abstrakt anlayış olmayıb. O, Vətəni hiss edib, anlayıb və dərk edib. Bu dərk onu seçim qarşısında qoyub. Hər bir insan həyatında seçim edir: rahatlıqla məsuliyyət, qorxu ilə cəsarət, susmaqla danışmaq arasında. Qəhrəman isə bu seçimdə Vətənin tərəfini saxlayandır.
İnsan qəhrəman doğulmur, qəhrəman olur. Bu “olma” prosesi bir anın içində baş verə bilər, amma o anın arxasında illərin tərbiyəsi, ailə dəyərləri, milli yaddaş və şəxsi əqidə dayanır.
Şərafəddin Xankişiyevin qəhrəmanlığa gedən yolu da məhz bu cür formalaşıb. Onun həyatında elə bir məqam yetişib ki, artıq geri dönmək mümkün olmayıb. Bu məqamda o, öz taleyini deyil, Vətənin taleyini düşünməyi seçib. Fəlsəfə bunu “etik seçim” adlandırır. Etik seçim – şəxsi maraqların ümumi dəyərlərə qurban verildiyi nöqtədir.
Qəhrəman qorxusuz insan deyil. Qorxusuzluq hissizlikdir. Qəhrəman qorxunu aşan insandır. Şərafəddin Xankişiyevin yolunda qorxu olub – bu, insanidir. Amma bu qorxu onu dayandırmayıb, əksinə, məsuliyyət hissini daha da gücləndirib. Qəhrəman qorxunu yenəndi, təslim edəndi.
Azadlıq fəlsəfədə çox vaxt qorxunun qarşı tərəfi kimi təqdim olunur. Qorxu insanı əsarətdə saxlayır, azadlıq isə onu azad edir. Şərafəddin Xankişiyevin mübarizəsi təkcə torpaq uğrunda yox, qorxu üzərində qələbə uğrunda mübarizədir. Bu qələbə isə ən çətin, ən qiymətli qələbədir.
Müharibə adətən silahların, orduların, texnikanın qarşıdurması kimi təqdim olunur. Amma əslində müharibə dəyərlərin toqquşmasıdır. Bir tərəfdə işğal, inkar, zorakılıq dayanırsa, digər tərəfdə haqq, ədalət və tarixi yaddaş dayanır.
Şərafəddin Xankişiyevin təmsil etdiyi tərəf məhz haqq tərəfidir. Onun mübarizəsi şəxsi ambisiya deyil, milli ləyaqətin müdafiəsidir. Bu mübarizədə hər addım, hər risk, hər fədakarlıq tarixin tərəzisində ölçülür.
Azadlıq qurbansız olmur. Bu, tarixin dəyişməz qanunudur. Qurban bəzən həyatın rahatlığından imtina etməkdir, bəzən ailədən uzaq qalmaqdır, bəzən isə canın özü olur.
Şərafəddin Xankişiyevin yolu qurbanlarla dolu yoldur. Amma bu qurbanlar məcburiyyət yox, şüurlu seçim nəticəsində verilib. Fəlsəfi baxımdan bu, ən ali fədakarlıq formasıdır. Çünki şüurlu qurban insanı ucaldır, onu tarix qarşısında məsuliyyətli subyektə çevirir.
Qəhrəman cəmiyyətin aynasıdır. O, cəmiyyətin özündə tapmadığı cəsarəti, sədaqəti, qətiyyəti təcəssüm etdirir. Bu səbəbdən qəhrəman təkcə döyüşçü deyil, həm də mənəvi rəhbərdir.
Əbədiyaşarlıq şəhadətnaməsi
Şərafəddin Xankişiyevin obrazı cəmiyyət üçün çağırışdır: “Vətən yalnız dövlətdən ibarət deyil, Vətən səndən başlayır.” Bu çağırış xüsusilə gənc nəsil üçün əhəmiyyətlidir. Çünki gələcəyin mənəvi sütunları bu günün qəhrəmanları üzərində qurulur.
Tarix hər şeyi yazmır, amma yaddaş heç nəyi unutmur. Qəhrəmanın adı sənədlərdə yox, insanların qəlbində yaşadıqda əbədiləşir. Şərafəddin Xankişiyevin adı artıq bir bioqrafiya faktı deyil, dəyər anlayışıdır.
Vətəninin igid oğlu Şərafəddin Xankişiyevin yolu bu prosesin bir hissəsidir. Onun mübarizəsi bu günün deyil, sabahın azadlığı üçündür. Bu baxımdan o, təkcə öz zamanının deyil, gələcəyin də qəhrəmanıdır.
Xeyr. Qəhrəmanın yolu heç vaxt bitmir. O yol xatirələrdə, nümunələrdə, dəyərlərdə yaşayır. O yol hər dəfə Vətən adı çəkiləndə, bayraq qaldırılanda, şəhidlər yad ediləndə davam edir.
Şərafəddin Xankişiyevin yolu da məhz belə yoldur – azadlığa gedən, ləyaqətə aparan, vicdandan keçən yol. Bu yol çətindir, amma şərəflidir. Təhlükəlidir, amma müqəddəsdir.
Bu publisistik traktat bir sonluq deyil, bir çağırışdır. Qəhrəmanlıq keçmişdə qalmayıb, o, bu gün də mümkündür. Yetər ki, insan doğru anda doğru mövqe tutsun.
Şərafəddin Xankişiyev zəmanəmizin qəhrəmanıdır, çünki o, azadlığın qiymətini bilənlərdəndir. Onun adı tarixdə qalacaq, amma daha önəmlisi, o ad vicdanlarda yaşayacaq. Vicdanlarda yaşayan ad isə ölməzdir. Bu yolun adı isə əbədiyaşarlıqdır.
Hürü Hacızadə
Yazıçı-publisist,
“Qızıl qələm” mükafatçısı
Fərid Faiqoğlu
AJB-nin üzvü





















































