18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası - Adəm İsmayıl BAKUVİ
İnsan varlığının ən sirli və eyni zamanda ən üsyankar tərəfi ruhdur. Ruh nə tamamilə dindir, nə də sadəcə fəlsəfədir. O, bədənin daxilində Allaha doğru çırpınan işıq, bəzən susqunluqla, bəzən fəryadla danışan daxili səslə bərabər yaşar. Zaman keçdikcə bu ruh anlayışı müxtəlif mədəniyyətlərdə, dinlərdə, fəlsəfi sistemlərdə fərqli şəkildə formalaşmış, bəzən riyazi sistemlərə tabe etdirilmiş, bəzən də sadəcə, ibadət çərçivəsində təsvir olunmuşdur. Lakin bəzi insanlar, bəzi şəxsiyyətlər var ki, onlar bu görünməz və müqəddəs varlığı təkcə anlamağa deyil, onu yaşamağa və yaşatmağa çalışıblar. Onlardan biri də Məhəmməd Hadidir.
Məhəmməd Hadi Azərbaycan ədəbi və mənəvi həyatına yalnız söz ustası kimi deyil, həm də bir ruh filosofu, metafizik düşüncə daşıyıcısı, din və ağıl arasında körpü quran şəxsiyyət kimi daxil olmuşdur. Onun yaradıcılığında ruh təkcə bədii obraz deyil, varlığın mərkəzi, azadlığın təməli, Allahla insan arasında əlaqənin təzahürüdür.
Hadidə ruh anlayışı nə Kant kimi yalnız etik şüur, nə də Descartes kimi düşünən substansiyadır. O, ruha şəxsi ağrılar, mənəvi yanğılar, ictimai ədalətsizliklər və Tanrı axtarışı ilə yanaşır. "Əsirəm" deyəndə o, təkcə bir qadına aşiq olan bir insanın fəryadını yox, həm də bəşərin ruhani əsarətini dilə gətirir. Onun üçün ruh bir üsyandır - zamana, qorxuya, qaranlığa, təqlidə qarşı.
Avropa fəlsəfəsində ruh, çox zaman nəzəri sistemlərlə izah olunur. Hegel onu tarixi zərurət kimi təqdim edir, Nitsşe isə onu üstinsana çatmaq üçün bir vasitə kimi görür. Amma Hadidə ruh nə məqsəddir, nə vasitə. O, həm başlanğıcdır, həm də yolun özüdür. Ruh onun üçün sevgidir, həsrətdir, qorxudur, Allaha sarı çırpınışdır. O, insanın öz içində Tanrını tapmağa cəhdidir.
Din anlayışı Hadinin dünyagörüşündə xüsusi yer tutur. O, dini yalnız ibadət formasında yox, mənəvi təkamül vasitəsi kimi qəbul edir. Təqlidə, fanatizmə, qorxuya dayanan dindarlığı rədd edir. O yazır: "Din ilə ağıl birləşməlidir." Bu, sadəcə bir fikir yox, bir dövrə qarşı düşüncə manifestidir. Onun şeirlərində Allah, bəzən bir sevgili kimi, bəzən bir qurtarıcı kimi, bəzənsə daxildəki susqun nur kimi təqdim olunur. O, ruhun Allahla danışmasına inanır. Bu danışıq nə ibarələrə sığır, nə rituallara - bu, şairin sükutla dediyi duadır.
Məhəmməd Hadi üçün millət anlayışı da ruhla bağlıdır. Onun nəzərində millət qanla deyil, vicdanla formalaşır. "Millət" dedikdə o, mənəvi bağlılıq, azadlıq ehtiyacı və mədəni harmoniya anlayışını düşünür. Bu baxımdan o, Avropanın irqçi millətçilik təlimlərinə qarşı bəşəri bir millət modeli ortaya qoyur. Bu modeldə fərdin ruhu millətin ruhuna çevrilir. Hər bir vicdan, bir xalqın tarixini daşıyan gizli miras olur.
Onun poetik düşüncəsindən bəhrələnənlər təkcə ədiblər deyil. Hüseyn Cavid onun ruhani metafizikasını dramatik fəlsəfəyə çevirir, Əli bəy Hüseynzadə onun ideyalarını türkçülüyün mənəvi bazasına daxil edir. Əhməd Ağaoğlu Qərb və Şərq düşüncəsini birləşdirən ruh modelini Hadinin əsərlərində tapır. Daha sonralar onun ruh anlayışı ideoloji təmələ çevrilir və milli müstəqillik ideyasının bünövrəsinə hopur.
Məhəmməd Hadi öz dövrünü aşan bir ruh şairidir. Onun poetik metafizikası nə keçmişə, nə də zamana bağlıdır. O, insanı ruhu ilə düşünməyə çağırır. Bu gün biz texnoloji sürətlə bədənimizi yüngülləşdirsək də, ruhumuzu daha ağır hala salmışıq. Hadinin düşüncəsi bu mənada müasir insanın qurtuluş kodudur. Ruhunu tanımayan, onu azad etməyən insan - nə qədər müasir olsa da, əslində, qədim bir zindandadır.
Onun şeirləri, fikirləri, mənəvi səsi bir xalqın ruhani kimliyidir. Onu oxumaq - tarix oxumaq deyil, özünü oxumaqdır. Onun ruh metafizikası - sistemlə yox, hisslə işlənmiş fəlsəfədir. Bu fəlsəfə nə tədris olunur, nə tərcümə olunur - o, yalnız yaşanır. Və o ruh hələ də içimizdə nəfəs alır.
Edebiyyatqazeti.az





















































