Menu
Xəbər Lenti
ADY-də yeni təyinat
Bugün, 09:42

ADY-də yeni təyinat

Bayramov Lavrovla görüşdü
12-04-2025, 15:49

Bayramov Lavrovla görüşdü

Zahida, bükmə məni...
10-04-2025, 09:37

Zahida, bükmə məni...

08 Aprel 2025 12:30Manşet / Gündəm / Dünya

Çin dənizin dərinliklərində 100 milyon ton neft tapdı: Ekoloqlar nədərn narahatdır?

 

Çin alimləri Cənubi Çin dənizinin dərin və ultra dərin təbəqələrində 100 milyon ton neft ehtiyatı aşkarlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" nəşri Çin Milli Dəniz Neft Korporasiyasına (CNOOC) istinadla məlumat yayıb.

Yeni aşkarlanmış "Huiçjou" adlı iri neft yatağı dəniz səthindən xeyli dərinlikdə yerləşir və bu ərazidə əvvəlki qazma işləri nəticəsində xam neftin çıxarılması artıq mümkün olub. Şirkətin məlumatına görə, mövcud ehtiyatlar ilkin qiymətləndirmələrdən dəfələrlə artıqdır.

Bəyanatda bildirilir ki, HZ19-6-3 quyusu 5415 metr dərinliyə qədər qazılıb və burada ümumilikdə 127 metr qalınlığında neft və qazla zəngin təbəqələr aşkarlanıb. Sınaqlar zamanı quyudan gündəlik 413 barrel xam neft və 2,41 milyon kub fut təbii qaz çıxarılıb. Araşdırmaların davamı nəticəsində Huiçjou 19-6 yatağının təsdiqlənmiş ehtiyatları 100 milyon ton neft ekvivalentini ötüb.

Yeni yataq Çinin cənubundakı Quandon vilayətində, Şençjendən təxminən 170 kilometr məsafədə, ölkənin sahildən 200 dəniz mili məsafədə yerləşən müstəsna iqtisadi zonasının daxilində yerləşir. Bu ərazi Çinə balıqçılıq, qazma və kəşfiyyat işləri aparmaq hüququ verir.

Lakin Cənubi Çin dənizi bölgəsi çoxdan strateji yerləşməsi və təbii sərvətləri səbəbilə geosiyasi mübahisələrin mərkəzindədir. Çinlə yanaşı, Vyetnam, Filippin, Malayziya və digər ölkələr də bu ərazi üzərində iddialar irəli sürür.

Məqalədə qeyd olunur ki, dünya miqyasında son illər dəniz dibinin əvvəllər əlçatmaz sayılan ultra dərin qatlarından neft hasilatına maraq artıb. Çin də yeni texnologiyalar sayəsində bu cür kəşfiyyatları genişləndirir və enerji ehtiyaclarını ödəməyə çalışır. Lakin ekoloqlar bu prosesin ətraf mühit üçün ciddi təhlükə yaratdığını bildirirlər.

Onlar xəbərdarlıq edirlər ki, ultra dərin sularda qazma işləri neft sızması riskini artırır və bu, dəniz ekosistemləri üçün dağıdıcı nəticələrə səbəb ola bilər. Bununla yanaşı, neft hasilatının artması Çinin iqlim dəyişiklikləri ilə mübarizədəki uzunmüddətli öhdəliklərini sual altına qoyur.

Xatırladaq ki, Çin 2030-cu ilə qədər karbon emissiyalarının "pik" səviyyəsinə çatdırılacağını, 2060-cı ilə qədər isə karbon neytrallığına nail olunacağını bəyan edib. "100 milyon ton neft ehtiyatına sahib olmaq bu məqsədlərə çatmağa kömək etməyəcək", – deyə nəşr vurğulayır.