Xəbər Lenti
Dünən, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
18-06-2026, 18:48
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 17:48
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
17-06-2026, 15:00
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
17-06-2026, 14:00
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
17-06-2026, 13:59
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
17-06-2026, 13:38
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
17-06-2026, 11:33
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
17-06-2026, 11:24
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
17-06-2026, 11:03
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
ABŞ Ukrayna vasitəsilə Rusiya ilə Çini dalaşdırmağa çalışır, lakin… - "The Hill"
Vaşinqtonda son vaxtlar sağçı siyasətçilər arasında "əks-Nikson” strategiyasını həyata keçirməyə çağırışlar artır. Onlar Ukrayna məsələsində güzəştə getməklə Rusiyanı Çindən ayırmağı və Pekinlə Moskva arasında tərəfdaşlığı zəiflətməyi təklif edirlər.
Qaynarinfo xəbər verir ki, lakin "The Hill” üçün yazdıqları məqalədə analitik Maykl Matsa və tədqiqatçı Şey Hatiri bu yanaşmanı səhv adlandırırlar. Onların fikrincə, bu yanaşma həm tarixi hadisələrin, həm də müasir geosiyasi reallıqların yanlış təfsirinə əsaslanır.
1970-ci illərdə nələr baş vermişdi?
ABŞ-ın Nikson dövründə Çinə yönəli siyasəti geniş şəkildə Çin və SSRİ arasında parçalanmanın nəticəsi kimi təqdim edilir. Lakin bu parçalanma amerikalıların müdaxiləsi ilə deyil, daha əvvəl baş vermişdi. "Washington Post” şərhçisi Deyvid İqneytiusun qeyd etdiyi kimi:
"Çinin Rusiyanın gücündən qorxmaq üçün səbəbləri var idi və ABŞ-ı tarazlıq elementi kimi görürdü”.
1953-cü ildə Stalinin ölümündən sonra Nikita Xruşşovun 1956-cı ildə stalinizmə qarşı çıxması Mao Tszedunu qəzəbləndirdi. Mao bunu marksizm-leninizmdən uzaqlaşma kimi qəbul etdi və dünya kommunist hərəkatında liderliyi ələ almağa çalışdı. Onun 1958-ci ildə başladığı "Böyük sıçrayış” qismən sovet tənqidlərinə cavab idi. 1963-cü ildə Çin kommunistləri Xruşşovu "saxta kommunizm”də ittiham edən pamflet dərc etdilər.
Bunun nəticəsində 1960-cı ildə SSRİ öz müşavirlərini Çindən geri çağırdı. Çin isə ABŞ-la əlaqələr qurmağa çalışdı ki, nüvə balansını qoruya bilsin. Bu isə Moskvada ciddi narahatlıq doğurdu. 1969-cu ildə Çin və SSRİ arasında sərhəd müharibəsi başlayanda SSRİ hətta Çinin nüvə obyektlərinə preventiv zərbə endirməyi müzakirə edirdi.
1920-ci illərdə sovetlər Çin Kommunist Partiyasının yaradılmasına kömək etmişdi, amma bir neçə onillik sonra tərəflər bir-birinə atəş açırdılar. ABŞ bu proseslərdə əsasən müşahidəçi rolunda idi. Nikson və Kissincerin 1971-1972-ci illərdə Pekinə səfəri yeni ittifaq qurmaq yox, mövcud parçalanmadan faydalanmaq məqsədi daşıyırdı.
Bəs indi vəziyyət necədir?
Bu gün Rusiya və Çin arasındakı tərəfdaşlıq ideoloji birliyə deyil, ideologiyanın olmamasına əsaslanır. Analitik Aaron Fridberqin qeyd etdiyi kimi, bu iki ölkəni birləşdirən "anti-ideologiyadır” – yəni ABŞ-ın rəhbərlik etdiyi liberal dünya düzəninə qarşı çıxış edirlər.
Moskva və Pekin keçmişdən dərs çıxarıblar: Çin-Sovet parçalanmasının ABŞ-ın Soyuq Müharibədə qələbə qazanmasında rol oynadığını anlayırlar və bu senarinin təkrarlanmasına yol vermək istəmirlər.
Əksinə, son hadisələr onların münasibətlərinin dərinliyini sübut edir. Çin Rusiyadan 2022-ci ildəki Ukrayna işğalını Pekində keçirilən Olimpiya Oyunlarından sonra başlatmasını xahiş edib və Putin razılaşıb. Müharibə ərəfəsində isə liderlər birgə bəyanat imzalayıblar:
"İki dövlət arasındakı dostluğun sərhədi yoxdur, əməkdaşlıqda qadağan olunmuş sahə yoxdur, strateji tərəfdaşlığın gücləndirilməsi üçüncü ölkələrə qarşı yönəlməyib və beynəlxalq vəziyyətə görə dəyişməyəcək”.
Müharibə boyunca Çin Rusiyaya diplomatik, iqtisadi və hətta hərbi dəstək verib.
Ortaq düşmənə qarşı ittifaq
Rusiya və Çin bu gün təkcə ABŞ-a qarşı çıxmır, həm də bir çox sahələrdə sıx əməkdaşlıq edirlər: kosmosdan süni intellektə, nüvə silahlarının inkişafına qədər. Hər iki ölkə silah arsenalını gücləndirir, ABŞ isə əsasən status-kvonu qoruyur.
Əvvəllər onların münasibətlərini gərginləşdirən sərhəd məsələsi artıq aradan qalxıb. Putin hakimiyyətə gəldikdən sonra bu məsələni həll etdi və 2008-ci ildə tərəflər razılaşma imzaladılar. Baxmayaraq ki, bəziləri hələ də Çinin Uzaq Şərqə iddialarına görə Rusiyanın ehtiyatlı olmalı olduğunu deyirlər, faktiki olaraq Putin bu təhlükəni real saymır – və Si Szinpin də bu barədə narahatlıq doğuran siqnal verməyib.
Məqalənin müəllifləri yekunlaşdırırlar:
"Bu gün Rusiya ilə Çin arasındakı münasibətlər 1960-1970-ci illərdəki kimi deyil. ABŞ-ın 1971-ci il faktlarına əsaslanan yanaşmanı təkrar etməsi ciddi səhv olar. Belə bir siyasət uğursuzluğa məhkumdur”.
2022-ci ilin fevralında, Ukrayna müharibəsi başlamamışdan bir neçə gün əvvəl Rusiya və Çin "məhdudiyyətsiz strateji tərəfdaşlıq” elan etdilər.
2024-cü ilin yekunlarına görə Çinlə Rusiya arasındakı ticarət rekord səviyyəyə çatıb – idxal və ixracın ümumi həcmi 232 milyard avroya bərabərdir.
Alpər





















































