Xəbər Lenti
Bugün, 16:45
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Dünən, 18:47
Aqrar sahədə uğurun ünvanı: “CasaAgro”nun rəhbəri Hüseynov İbrahim Cavid oğlu nümunəvi sahibkarlıq yolu
Dünən, 17:09
İsmayıl Zalovun Baku Expo Center-də fəal iştirakı və aqrar sahədə beynəlxalq əməkdaşlıq müzakirələri
Dünən, 08:05
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
4-05-2026, 21:08
Bir qrup sayt rəhbəri, tanınmış media nümayəndəsi və teleekspert Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundu
Qurbağalar Yerdəki ən ölümcül məhv proseslərinin birindən necə sağ çıxıb? (ARAŞDIRMA)
Perm dövründə baş verən kütləvi məhv Yer tarixində ən dağıdıcı hadisələrdən biri olub. Təxminən 252 milyon il əvvəl canlıların 90 faizi məhv olsa da, qədim qurbağa əcdadları da daxil olmaqla bəzi növlər sağ qala bilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.
Bristol Universitetinin alimləri apardıqları tədqiqat zamanı temnospondillər adlanan amfibiyaların perm dövrünün kütləvi məhvinə necə tab gətirdiyini müəyyən ediblər.
"Araşdırmanın əsas suallarından biri amfibiyaların böyük qrupu olan temnospondillərin necə sağ qalması və inkişaf etməsi idi. Bunlar balıq və digər ovla qidalanan yırtıcılar olub, lakin müasir qurbağalar və salamandrlar kimi əsasən su ilə bağlı yaşayırdılar. Bəllidir ki, həmin dövrün iqlimi, xüsusilə də məhvdən sonra, çox isti olub", deyə Bristol Universitetinin Biologiya fakültəsinin əməkdaşı və tədqiqatın baş müəllifi Aamir Mehmut bildirib.
Temnospondillərin sağ qalmasının sirrini açmaq üçün alimlər bu qrupa aid 100 fosili araşdırıb, onların bədən ölçülərini, diş quruluşlarını və kəllə xüsusiyyətlərini təhlil ediblər. Nəticələr göstərib ki, bu növlərin uğurunun əsasında onların uyğunlaşma qabiliyyəti dayanıb.
Tədqiqatçılara görə, temnospondillər universal həyat tərzinə malik olublar. Onlar şirin su mühitində müxtəlif növ ovlarla qidalanaraq yaşaya biliblər. Sabit qida mənbəyi sayəsində bu amfibiyalar yaşamağa davam edərkən, quru yırtıcıları resurs çatışmazlığı ilə mübarizə aparıb.
Alimlər həmçinin müəyyən ediblər ki, temnospondillər böhran dövründə əhəmiyyətli morfoloji dəyişikliklərə məruz qalmayıblar. Onlar məhv dövründən əvvəlki bədən ölçülərini qoruyub saxlayıblar.
Qədim amfibiyaların bədən ölçülərində və ekoloji rollarında kəskin artım isə yalnız kütləvi perm məhvindən təxminən 5 milyon il sonra müşahidə olunub. Lakin alimlərin vurğuladığı kimi, bu müxtəliflik müvəqqəti olub və sonradan azalmağa başlayıb.
Məqalədə xatırladılır ki, perm dövründən sonra Yer tarixində Trias dövrü başlayıb. Onun ilk beş milyon ili güclü vulkanik fəallıqla müşayiət olunub ki, bu da qlobal istiləşmə, quraqlıq, oksigen azlığı, turşulu yağışlar və meşə yanğınları ilə nəticələnib.
Alimlərin sözlərinə görə, kəskin qlobal istiləşmə temnospondilləri güclü istidən xilas olmaq üçün tropiklərdən miqrasiya etməyə məcbur edib.
"Bizim tədqiqat göstərir ki, temnospondillər gözlənilmədən tropik ölü zonanı keçərək sağ qalmağı bacarıblar", deyə Bristol Universitetinin professoru Mayk Benton bildirib.
Aydın























































