Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

11 Ekm 11:45Manşet / Gündəm

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı-MÜSAHİBƏ

 

- Öncə özünüz barədə oxuculara məlumat verərdiniz.


 

Mən Hümbətzadə Vüsal Nurəddin oğlu 2003-cü ildə anadan olmuşam. 2020-ci ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olub 2024-cü ildə həmin universitetin məzunu olmuşam.


 

- Hansı dilləri bilirsiniz?


 

Urdu, Fransız, İngilis dillərini bilirəm. İspan və İtaliyan dillərini öyrənməyə çalışıram.


 

- İsveçrədə ali təhsil almaq üçün proseslər çətindir?


 

Qəbul prosesi biraz çətidir. İsveçrədə ali təhsil üçün hər bir universitetə ayrı-ayrılıqda sənədləri göndərməy lazım olur. İsveçrə ÜOMG və İELTS səviyyəsi ilə yanaşı beynəlxalq müsabiqələrdə göstərdiyin nəticələrədə baxılır əgər hər hansısa beynəlxalq müsabiqədə qalib gəlməmisənsə qəbul olma şansın yuxarıdır. Yox əksinə heç bir beynəlxalq müsabiqədə qalib gəlməmisənsə qəbul olma şansını azdır.


 

- Bu ölkədə adaptasiya üçün maneələr nələrdir?


 

İsveçrədə adaptasiya zamanı çətinlik sadəcə hava şəraiti ola bilər. Çünki İsveçrədə hava adətən soyuq olur. Xüsusilə, qış fəsli çox şaxtalı olur və gecə tez düşür. İsveçrədə sosial və aktiv həyat tərzinizin olması çox əhəmiyyətlidir. Bu, sizə həm lazım olan işlərinizi tez bir şəkildə həll etməyə, həm də yeni əlaqələr və dostlar tapmaq üçün çox kömək olacaq.


 

- İsveçrədə təhsil almağın üstünlükləri barədə fikirləriniz nədir?


 

İsveçdə təhsil almağın bir çox üstünlüyü var. Tədris sisteminin unikallığını qeyd etmək olar. Dərslər çox olmadığı üçün zamanınızı sizin üçün əhəmiyyətli olan başqa məşğuliyyətlərə (idman, şəxsi inkişaf, əyləncə və.s) sərf edə bilərsiniz. Ölkədə demək olar ki, böyükdən kiçiyə hər kəs ingilis dilini çox yaxşı bilir.


 

- Hər bir ölkənin müsbət cəhətləri olduğu kimi mənfi xüsusiyyətləri də qaçılmazdır. Bəs İsveçrədə necədir?


 

Tək bir dezavantaj kimi hava faktorunu qeyd edə bilərəm. Qışda qaranlıq tez düşür. Lakin əgər siz insanlarla sosialaşmaqda fəalsınızsa, dostlarınızla vaxt keçirmə şansınız var. Beləliklə də bir müddət sonra artıq hava sizi narahat etməyəcək.


 

- Orta məktəbdə oxuyarkən digər şagirdlərdən nə iləsə fərqlənmisiniz? Ümumiyyətlə, orta məktəbdə necə oxuyurdunuz?


 

Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Hər zaman mən müəllimlərimi, onlar da məni sevib. Digər şagirdlərdən fərqlənmək deməyək, amma özüməməxsus məni mən edən şeylər olub. Bunlara başda idarəetmə qabiliyyətim və özümə güvənim olmaqla, digər spesifik xüsusiyyətlərim də daxildir.


 

- Ailəniz haqqında nə söyləyə bilərsiniz?


 

Əvvəlcədən sizə bir söz deyim. E. Laskerin belə bir fikri var ki, dünya yalnız subay oğlan və qızlar üçün gözəldir (gülür). Əlbəttə, bu bir zarafatdır, həyatın öz qanunları var, biz də ona əməl etməliyik. Hə, ailədə iki uşaq olmuşuq - bir bacı, bir qardaş.


 

- Daha çox keçmişə dönürsünüz, yoxsa gələcəyə boylanırsınız?


 

Həyatım boyu hər ikisinə önəm vermişəm. Bilirsiniz, keçmiş bizim ruhumuzun vətənidir. Ona görə də tez-tez və nə vaxtsa keçirdiyimiz hisslərin, hətta nə vaxtsa duyduğumuz qəm-kədərin həsrətini çəkirik. Rəhmətlik Əli Kərim yazır ki:


 

“Bir göz qırpımında birləşir yəqin,


 

Əvvəlin axırı,


 

Sonun əvvəli.”


 

Əvvəl nədir? Keşmiş. Son nədir? Gələcək. Ömrümüz də əvvəllə sonun arasındadır. Hər gün yatağıma uzananda gün ərzində gördüklərimi təhlil edir, müsbət işlərimi qeyd edir, səhvlərimi görməyə çalışıram, bir sözlə özümə hesabat verirəm. Bunu etməsəm, sabahı yaşaya bilmərəm. Bir də çalışıram ki, insanlara bacardığım yaxşılığı edim, özü də təmənnasız edim. Atam deyərdi ki, kişiliyin çatırsa, yaxşılıq et, bacarmırsansa mane olma. Hər bir insanın iç dünyası olduğu kimi mənim də iç dünyam var və ora heç kimi buraxmıram. Sizə də məsləhət görürəm ki, iç dünyanıza kiminsə müdaxilə etməsinə imkan verməyəsiniz. Çünki bu gün yaxın saydığınız bir insan sabah yad ola bilər.


 

- Qərar qəbul edərkən kiminsə rəyinə əsaslanırsınız, yoxsa özünüz qərar qəbul edirsiniz?


 

Özüm qəbul edirəm. Məsuliyyəti kiminsə boynuna atmağı xoşlamıram.


 

- Başqa tələbələri ruhlandırmaq üçün onlara nə deyə bilərsiniz?


 

 Heç vaxt öz istəklərinizdən, ideyalarınızdan dönməyin. Əgər o yolda uğurlu olacağınızı düşünürsünüzsə, əmin addımlarla addımlayın. Bir gün heç gözləmədiyiniz anda möcüzələrlə qarşılaşacaqsınız. İnanın mənə, siz olduğunuz yerin ən yaxşısı olmağı istədikcə, ən yaxşılar sizi tapacaq. Ona görə mütaliə etməyi, özünüzə inanmağı və özünüzə vaxt ayırmağı unutmayın. Bu sizin üçün uğurun açarı olacaq.


 

- Bizə vaxt ayırıb, səmimi söhbət etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk.


 

Mən də sizə təşəkkür edirəm. Xalqımızın bütün tələbələrinə və müəllimlərinə müvəffəqiyyətlər, millətimə uğurlar arzulayıram.


 

Müsahibəni aldı aparıcı, jurnalist Fulya Öztürk