Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

11 Eyl 18:45Manşet / Gündəm

İsveçrə və dünya reytinqində 7-ci sırada olan Sürix Universitetinə qəbul olan tələbə ilə müsahibə

 

Vüsal Hümbətzadə öz təəssüratlarını Xezertv.info-a danışıb
➖ Jurnalist Vüsalə Əlizadə: Albert Eynşteyndə məzun olduğu İsveçrənin Sürix Universitetinə qəbul olmusunuz. Təəssüratlarınız öyrənmək istəyirəm:
➖ Tələbə Vüsal Hümbətzadə: İsveçrədə təhsil almaq bir çox insanın arzusudur. İsveçrədə təhsil almaq qərarına erkən bakalavr illərində gəldim. Öz üzərimdə işləyərək bakalavr təhsilimi bitirdikdən sonra xaricdə magistr təhsili almağın mənim də şəxsi həyatımda və peşəkar karyeramda pozitiv rol oynayacağını düşündüm. Azərbaycan Dillər Universitetində oxuduğum dövürdə bir çox beynəlxalq təlimlərdə, tədbirlərdə və konfranslarda vətənimizi təmsil etmişəm. Bu layihələrdə ki ugurlarım xaricdə təhsil qərarımı möhkəmləndirdi. Xaricdə təhsil sadəcə sənin seçdiyin peşəkar sahən üzrə bilik və bacarıqlarını inkişaf etdirmir, eləcə də komfort zonandan ayrılmağına və öz limitlərini sonuna qədər sınamağa şərait yaradır.
➖ Jurnalist Vüsalə Əlizadə: Vüsal bəy zəhmət olmasa özünüz haqqında məlumat verin.
➖ Tələbə Vüsal Hümbətzadə: Mən Hümbətzadə Vüsal Nurəddin oğlu 2003-cü ildə anadan olmuşam. 2020-ci ildə Azərbaycan Dillər Universitetinə qəbul olub 2024-cü ildə həmin universitetin məzunu olmuşam. Təhsil aldığım müddət ərzində həm müxtəlif lahiyələrdə və tədbirlərdəki iştirakım, həm akademik, həm də sosial göstəricilərimin yüksək səviyyədə olması mənimdə digər tələblərdən seçilməmin
 ən əsas göstəricilərindən biridir. Mənim çalışqanlığım və nəzəri mövzuları qavramaq bacarığım mənim öyrənməyə həvəsli olduğumu göstərən əsas xüsusiyyətlərdəndir. Dərslərdən kənarda özünmü təkmilləşdirmək üçün fəaliyyətlərim mənim işimdə istəkli və karyera yolunda çox vacib bir amil olub. İstər verilən tədris fənlərində, istərsə də digər məsələlərdə komanda işinə uyğun tələbə olduğumu sübut etmişəm. Bu səbəbdən oxuduğum universitetinin rəhbərliyi hər zaman mənim haqqımda tövsiyələri müsbət olub.
➖ Jurnalist Vüsalə Əlizadə: Bu sahəni seçməkdə məqsədiniz.
➖ Tələbə Vüsal Hümbətzadə: Beynəlxalq münasibətlər ixtisasında təhsil almaq uşaqlıq arzum idi. 2020-ci ilin sentyabr ayında bu arzumu reallaşdırdım. 2024-cü ildə isə məzun kimi bakalavriat təhsilimi başa vurdum. Bu il isə magistratura üzrə gələcəyimin universitetini seçməli idim. Tək universitet deyil, gələcəyimi seçirdim. Çox həyəcanlı, çox təlaşlı idim. Hədəfimi, məqsədimi, gələcəyimi görürdüm. Və buna görə də gələcəyin universitetini seçdim. Yəni İsveçrənin Sürix Universitetini seçdim. Bu universitet haqqında çox eşitmişdim. Nəticədə bu İsveçrənin Sürix Universitetini seçməklə gələcəyimi də seçdim.
 
➖ Jurnalist Vüsalə Əlizadə: Dərslərə necə hazırlaşırdınız.
➖ Tələbə Vüsal Hümbətzadə: Mən universitetdə oxuduğum dövürdə dərsin hansı dərsləri hazırlayacağını, nə vaxt dərsə fasilə verib istirahət edəcəyini, planlayırdım. Həmişə eyni saatlarda dərslərimi hazirlayırdım. Dərslərimə 1 saat vaxt sərf edib sonra kiçik fasilə verirdi.Həmçinin yuxu rejiminə diqqət yetirirdim. Həmişə dərsin hazırlanması ilə bağlı qurduğum planı yerinə yetirməkdə qərarlı, qətiyyətli olmuşam.
➖ Jurnalist Vüsalə Əlizadə: Sosial şəbəkələrdə nə dərəcədə fəalsınız?
➖ Tələbə Vüsal Hümbətzadə: Sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Çalışdığım qədərilə sosial şəbəkələrdə tez-tez istifadə edirəm. Mən sosial şəbəkənin xeyrini görürər, çünki informasiya tələbatımı ödəyir, intellektimi, dünyagörüşümü, gücləndirir, biliyimi təkmilləşdirir, yeni tanışlıqlar yaradır. 
➖ Jurnalist Vüsalə Əlizadə: Təhsilinizi bitirdikdən sonra planlarınız.
➖ Tələbə Vüsal Hümbətzadə: Planlarım çoxdur, gediləcək uzun bir yolum da var. Universiteti bitirdikdən sonra əsas hədəflərimdən biri doktorantura səviyyəsi üzrə təhsil almaqdır. Təhsil müddətində isə, Erasmus proqramı vasitəsilə digər bir ölkədə 1 semestr təhsil almağı arzulayıram. Çünki, fərqli universitet, fərqli ölkə və fərqli millət mənim dünyagörüşümü maksimum dərəcədə genişləndirəcək və mənim şəxs kimi formalaşmağıma daha çox töhfə verəcəkdir. Təhsilimi bitirdikdən sonra, təbii ki, Vətənə geri dönərək karyera planlarımı həyata keçirəcəyəm.
➖ Jurnalist Vüsalə Əlizadə: Azərbaycanda özünüzü yüksəkixtisaslı mütəxəssis kimi hansı sahədə görürsünüz?
➖ Tələbə Vüsal Hümbətzadə: Hal-hazırda məqsədim sahəm üzrə dərin biliklərə sahiblənib, İngilis, İspan, İtalyan, Urdu dilləri üzrə biliklərimi təkmilləşdirərək universiteti bitirməkdir. Təhsilimi uğurlu başa vurduqdan sonra əsas məqsədim Vətənə dönərək, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində və yaxud ölkəmizin xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərində dövlətimizi layiqincə təmsil etməkdir.
➖ Jurnalist Vüsalə Əlizadə: Həmyaşıdlarınıza tövsiyəniz.
➖ Tələbə Vüsal Hümbətzadə: Mən bir tələbə olaraq ADU-nun Beynəlxalq münasibətlər ixtisasını bitirmişəm, beynəlxalq yarışlarda qalib olmuşam, İsveçrənin Sürix Universitetində isə magistratura təhsili alacam. Bütün bunların kökündə tutduğum ən vacib məsələ sadiq olduğum dəyərlərdir, Bu dəyərlərə sadiqlik və sədaqət hansı yolla olursa-olsun insanı uğura aparır. Mənim tutduğum dəyərlər vətənpərvərlik, dövlətçilik, millətinə sədaqət və millətinə xidmətdir. Nə işlə məşğul olsaq, bu dəyərlərə sadiq qalmağımız kifayət edir ki, işimizdə uğurlar ard-arda gəlsin. Gənclərə tövsiyələrim budur ki, vətənə layiq olmaq üçün faydalı işlər görsünlər, öz dəyərlərinə sadiq olsunlar...
 
➖ Jurnalist Vüsalə Əlizadə: Özünüzü yad ölkədə necə hiss edəcəksiniz? 
➖ Tələbə Vüsal Hümbətzadə: Bacardığım qədər çalışacam ki, yaxşı oxuyum, savadlı kadr kimi yetişim, dövlətimin etimadını doğruldum. Əlbəttə, çətinliklər olacaq, amma öhdəsindən gəlməyə də çalışacam. Əsas çətinliyim isə qürbətdə ailəmdən, valideynlərimdən uzaq, yad insanların əhatəsində yaşamaq olacaq.
➖ Jurnalist Vüsalə Əlizadə: Təhsil aldığınız illərdə hansı nailiyyətlər qazanmısınız?
 
➖ Tələbə Vüsal Hümbətzadə: ADU-nun ictimai işlərində fəal iştirakıma görə ADU-nun rektoru akad. K.M.Abdullayev tərəfindən təşəkkürnamə ilə təltif edilmişəm. Eyni zamanda ADU-nun nəzdində fəaliyyət göstərən Pakistan Mədəniyyət Mərkəzinin 2020-24-cü illərdə ictimai-siyasi həyatında fəal iştirak etdiyimə fəxri fərman ilə təltif edilmişəm. Universitetimin nəzdində fəaliyyət göstərən TEC konfranslarında iştrak etdiyimə görə sertifikatlarla təltif edilmişəm.Elm və təhsil naziri Emin Əmirullayev tərəfindən bir könüllü proqramında ilin ən aktiv könüllüsü fəxri fərmanı ilə təltif olunmuşam. Tələbə Elmi Cəmiyyəti tərəfindən keçirilən "Qələbəyə aparan yol" adlı esse müsabiqəsində üçüncü yer tutub və prorektor prof. Novruz Məmmədov tərəfindən diplomla təltif olunmuşam. ADU Tələbə Elmi Cəmiyyəti tərəfindən Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş şeir müsabiqəsinin qalibi olmuşam. Eyni zamanda 9 ay ADU TEC-in nəzdində fəaliyyət göstərən Gənc Politoloqlar ictimai qurumunun sədri olmuşam. 
➖ Jurnalist Vüsalə Əlizadə: Sizin qəbul olmağınız hansı proqram əsasındadır.
,➖ Tələbə Vüsal Hümbətzadə: İsveçrənin Sürix Universitetinə qəbulum Bakıda keçirilən təhsil sərgisində iştirak etməm oldu. Həmin universitetin nümayəndəsinin dəstəyi ilə öz vəsaitim hesabına qəbul oldum.
,➖ Jurnalist Vüsalə Əlizadə: Biz də sizi ürəkdən təbrik edir və sizə yeni-yeni uğurlar arzulayırıq!