Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Bir ömrün xatirələrini özündə toplayan mərkəzdən REPORTAJ
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.
Bu münasibətlə Oxu.Az əməkdaşlarının Heydər Əliyev Mərkəzindən hazırladığı xüsusi reportajı təqdim edirik.
Mərkəzin ən cəlbedici və maraq doğuran hissəsi Heydər Əliyev Muzeyidir. Üç mərtəbədən ibarət muzeydə ziyarətçilərə ulu öndər Heydər Əliyevə aid maraqlı faktları əks etdirən foto, videomateriallar və digər unikal eksponatlar təqdim olunur.
Başqalarını deyə bilmərəm, amma muzeydə sərgilənən və mənim diqqətimi ilk çəkən, 1990-1993-cü illərdə Heydər Əliyevin Naxçıvan şəhərində istifadə etdiyi neft lampası oldu. Vaxtı ilə bir balaca otağı işıqlandıran bu lampa indi bütün gur işıqların carçısına çevrilib. Elə sahibi kimi...
Lampanın közərmiş işığında muzeydəki bütün guşələr tam aydın görünür. Ulu öndərin iş masası, müxtəlif dövrləri əhatə edən geyimləri, müxtəlif illərdə aldığı ali orden və medalları, prezidentlərin və dövlət nümayəndələrinin verdiyi hədiyyələr...
1993-cü ildə Heydər Əliyevin andiçmə mərasimində geyindiyi kostyum, ziyafət geyimi, polkovnik və general-mayor forması muzeyin ən gözəçarpan hissəsindədir.
İş masasına baxanda isə insanda qəribə hisslər yaranır. Nə vaxtsa bu stolda tarixi və ən önəmli sənədlər imzalanıb. Və indi sən onun bir addımlığındasan.
Heydər Əliyev dəfələrlə həm sovetlər dönəmində, həm də müstəqil Azərbaycan Prezidenti kimi ali orden və medallarla təltif edilib. Muzeyin ən gözəl guşəsində ulu öndərin "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, 1949-cu il "Əmək rəşadətinə görə" medalı, 1954-cü il "Döyüş xidmətlərinə görə medalı", 1976-cı il Lenin ordeni, 1979-cu il "Oraq və Çəkic" qızıl medalı və bir çox bu kimi digər medal və ordenləri yer alır.
Dünyanın müxtəlif mədəniyyətlərində qartallar güc, azadlıq və alilik simvolu kimi qəbul edilir. Hədiyyələr guşəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klintonun ulu öndərə hədiyyə etdiyi "Qartal" da təsadüfi deyil. O, Heydər Əliyevə bu hədiyyəni verməklə sanki onun böyüklüyünü, gücünü nümayiş etdirib.
Tunis Respublikasının Prezidenti Zeynalabdin Ben Əlinin hədiyyə etdiyi Quran, Moskva və Ümumrusiya Patriarxı II Aleksinin verdiyi Pasxa yumurtası sanki guşədə bir vəhdət yaradaraq, tolerantlığın nümunəsi kimi öz əksini tapıb.
Ən maraqlı eksponatlardan biri ulu öndərin Azərbaycana rəhbər olduğu dövrdə - 1969-cu ildən 2003-cü ilə qədər xidməti istifadəsində olan avtomobillər idi.
“Çayka”
1969-cu ildən 1978-ci ilə qədər Heydər Əliyev “Çayka” xidməti avtomobilindən istifadə edib.
"Zil"
1978-ci ildən 1989-cu ilə qədər ümummilli lider “ZiL” markalı xidməti avtomobili ilə hərəkət edib.
“Mercedes-Benz S500”
1992-95-ci illərdə Heydər Əliyev “Mercedes-Benz S500” markalı, 1995-ci ildən 1999-cu ilə qədər isə “S600 SEL” markalı avtomobildən istifadə edib.
Ümumiyyətlə, muzey dizaynı və tətbiq edilən yeni texnologiyaları ilə fərqlənir və mərkəzin modern üslubu ilə uyğunlaşır. Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır.
Daha çox foto burada: PhotoStock.az